Komandamıza texniki dəstək üzrə mütəxəssis axtarırıq. Texnologiyanı yaxşı anlayan, istifadəçilərə kömək etməyi bacaran və gündəlik iş prosesinə sakit və məsuliyyətli yanaşan namizədə üstünlük veririk.
Vəzifə öhdəlikləri
- Yaranan insident və texniki problemləri operativ şəkildə həll etmək;
- İşçi kompüterlərini (Windows/Linux) və ofis avadanlıqlarını quraşdırmaq və sazlamaq;
- Kabel şəbəkəsinin çəkilişi və texniki xidmətini həyata keçirmək;
- Şəbəkə avadanlıqlarını sazlamaq, server infrastrukturunun idarə olunmasına dəstək vermək;
- İstifadəçilər tərəfindən daxil olan müraciətləri telefon, e-poçt və ticket sistemi vasitəsilə qəbul etmək və cavablandırmaq;
- Virtuallaşdırma sistemləri ilə işləmək (VMware, Proxmox, ESXi, VirtualBox).
Namizədə tələblər
- Ali və ya orta ixtisas texniki təhsil;
- Helpdesk sahəsində yaxşı bilik və istifadəçilərlə işləmə təcrübəsi;
- Şəbəkələr üzrə baza bilikləri və IT infrastrukturu haqqında anlayış;
- Server əməliyyat sistemlərinin quraşdırılması və sazlanması üzrə təcrübə;
- Nəzakətli və ünsiyyətcil olmaq, texniki məsələləri istifadəçilərə sadə və anlaşılan şəkildə izah etməyi bacarmaq.
İş şəraiti
- Sakit və stabil iş mühiti, sağlam kollektiv;
- İş qrafiki: 5/2, 09:00–18:00;
- İş yeri: Nərimanov m. ərazisi;
- Stabil əməkhaqqı və bonus sistemi.
Maraqlanan namizədlər CV-lərini aşağıda yerləşdirilmiş “Müraciət et” düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində “Helpdesk” qeyd etməyiniz xahiş olunur.