IT mütəxəssisi (Helpdesk)

  • Истекает 6 октябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Komandamıza texniki dəstək üzrə mütəxəssis axtarırıq. Texnologiyanı yaxşı anlayan, istifadəçilərə kömək etməyi bacaran və gündəlik iş prosesinə sakit və məsuliyyətli yanaşan namizədə üstünlük veririk.

Vəzifə öhdəlikləri

  • Yaranan insident və texniki problemləri operativ şəkildə həll etmək;
  • İşçi kompüterlərini (Windows/Linux) və ofis avadanlıqlarını quraşdırmaq və sazlamaq;
  • Kabel şəbəkəsinin çəkilişi və texniki xidmətini həyata keçirmək;
  • Şəbəkə avadanlıqlarını sazlamaq, server infrastrukturunun idarə olunmasına dəstək vermək;
  • İstifadəçilər tərəfindən daxil olan müraciətləri telefon, e-poçt və ticket sistemi vasitəsilə qəbul etmək və cavablandırmaq;
  • Virtuallaşdırma sistemləri ilə işləmək (VMware, Proxmox, ESXi, VirtualBox).

Namizədə tələblər

  • Ali və ya orta ixtisas texniki təhsil;
  • Helpdesk sahəsində yaxşı bilik və istifadəçilərlə işləmə təcrübəsi;
  • Şəbəkələr üzrə baza bilikləri və IT infrastrukturu haqqında anlayış;
  • Server əməliyyat sistemlərinin quraşdırılması və sazlanması üzrə təcrübə;
  • Nəzakətli və ünsiyyətcil olmaq, texniki məsələləri istifadəçilərə sadə və anlaşılan şəkildə izah etməyi bacarmaq.

İş şəraiti

  • Sakit və stabil iş mühiti, sağlam kollektiv;
  • İş qrafiki: 5/2, 09:00–18:00;
  • İş yeri: Nərimanov m. ərazisi;
  • Stabil əməkhaqqı və bonus sistemi.

Maraqlanan namizədlər CV-lərini aşağıda yerləşdirilmiş “Müraciət et” düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində “Helpdesk” qeyd etməyiniz xahiş olunur.

  • Daily3
  • Weekly597
  • Monthly483