Təsvir
- İri istehsalat şirkətinə aşağıdakı tələblərə cavab verən İT şöbəsinə rəhbər axtarılır.
Əsas vəzifələr:
- Şirkətin bütün İT əməliyyatlarına nəzarət;
- İT tələblərinin və ehtiyaclarının təhlili və müəyyənləşdirilməsi;
- Korporativ strategiyalara uyğun İT həllərinin və siyasətlərinin hazırlanması və həyata keçirilməsi;
- İT layihələrinin təşkili və koordinasiyası;
- İT büdcəsi üçün təklif və əsaslandırmaların hazırlanması;
- Texniki tapşırıqların və digər zəruri sənədlərin hazırlanması;
- Satınalma proseslərində iştirak — yalnız şirkət qaydalarına uyğun şəkildə, sənədləşmə və texniki əsaslandırma səviyyəsində.
Tələblər:
- Ali təhsil (İnformatika, Kompüter mühəndisliyi, İnformasiya texnologiyaları və s.);
- İT sahəsində ən azı 10 il, o cümlədən rəhbər mövqedə 5 il iş təcrübəsi;
- Komanda idarəetməsi sahəsində praktiki bacarıqlar (helpdesk, sistem inzibatçıları, şəbəkə və təhlükəsizlik üzrə mütəxəssislər);
- İT və informasiya təhlükəsizliyi sahəsində beynəlxalq sertifikatlara sahib olanlara üstünlük verilir (məs., ITIL, ISO 27001, PMP və s.);
- Təşkilatçılıq bacarığı, məsuliyyət, təşəbbüskarlıq və inkişaf yönümlü yanaşma;
- Dil bilikləri: Azərbaycan, rus və ingilis dilləri.
Şərtlər:
- Əmək haqqı: Bilik və təcrübəyə uyğun olaraq qarşılıqlı razılaşma əsasında müəyyən ediləcək.
- İş yeri: Bakı, tam ştat.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Nahar təminatı
- Rəqabətli əmək haqqı;
- korporativ nömrə ilə təmin olunur
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.