İşəgötürən: Zeytun məhsullarının istehsalı və satışı müəssisəsi
Vəzifə öhdəlikləri:
- İxrac üzrə strategiyanı, ona əlavə və dəyişikləri hazırlamaq;
- İxrac planlarını, ixrac kanallarını, ixracın forma və metodları üzrə təkliflər hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Şirkətin məhsullarının ixracını təmin etmək;
- İxrac üzrə loyal müştəri portfelini formalaşdırmaq və idarə etmək;
- İxrac coğrafiyasını və kanallarını diversifikasiya etmək;
- İxracla bağlı sənədləşmələri aparmaq və ixracla bağlı müqavilə öhdəliklərinin icrasına nəzarət etmək;
- Şirkətin məhsullarının hədəf bazarlarında sərgilərdə təmsil olunmasını təşkil etmək;
- Hədəf bazarlarında Şirkətin məhsullarının marketinqini aparmaq;
- İxracla bağlı məlumatları ERP-yə daxil etmək və hesabatlar hazırlamaq;
- Şirkətin rəhbərinin ixracla əlaqədar ona həvalə etdiyi layihələri idarə etmək və digər işləri görmək
Tələb olunan səriştələr:
- Ali iqtisadi və ya biznes təhsili (marketinq və satış ixtisasını bitirənlərə üstünük verilir):
- Qida məhsullarının ixracı sahəsində ən azı 3 (üç) il təcrübə;
- Analitik təhlil bacarığı;
- Hesabat yazma bacarığı;
- Yüksək ünsiyyət bacarığı;
- Rus və ingilis dillərində sərbəst danışmaq, yazmaq bacarığı;
- MS Office və analitik proqramlarda yaxşı işləmək bacarığı;
İş şərtləri:
- İş yeri: Bakı şəhəri
- 5 günlük iş qrafiki, iş saatları 09:00–18:00
- Şirkət tərəfindən nahar
- Əmək haqqı: Razılaşma yolu ilə. İxrac hədəflərinin yerinə yetirilməsinə görə əlavə bonus ödənilir.
CV-ləri İxrac meneceri qeyd edərək Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmənizi xahiş edirik.