C Company
  • 261

Company

Digər

İxrac meneceri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İxrac meneceri

  • Deadline 1 Yanvar 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti:

  • İşəgötürən: Qida məhsulları istehsal və ixrac edən Holdinq
  • İş yeri: Bakı şəhəri 
  • Əməyin ödənişi: Razılaşma yolu ilə. 

Əsas vəzifələri:

  • Holdinq üzrə məhsulların ixrac strategiyasını, ixrac əməliyyatları ilə əlaqədar qaydaları, normaları və onlara əlavə və dəyişiklərin layihələrinin hazırlanması;
  • mütəmadi olaraq, hədəf ixrac bazarlarında araşdırmalar aparılması və bazarın tələbatına uyğun yeni məhsulların yaradılması, mövcud məhsulların təkmilləşdirilməsi, satış kanalları və formaları barədə təkliflər hazırlanması;
  • hədəf bazarlarında törəmə müəssisələrin markalarının marketinqinin aparılması və bu markaların inkişafı üçün tədbirlər görülməsi;
  • ixrac bazarlarında özəl marka (PL) istehsalı və birgə əməkdaşlıq üçün partnyorlar tapılması və onlarla əlaqələrin idarə edilməsi;
  • törəmə müəssisələrin illik ixrac planlarının hazırlanması  və onların icrasının təşkil edilməsi;
  • ixrac müştərilərinin tapılması, onlarla danışıqlar aparılması, müqavilə şərtlərinin razılaşdırılması və imzalandıqdan sonra icrasının müşayiət olunması;
  • ixracla əlaqədar Holdinqin rəhbərinə hesabatlar təqdim olunması;
  • törəmə müəssisələrin komandası ilə ixrac məsələləri və ixrac müştərilərinin sifarişlərinin icrası ilə əlaqədar gündəlik əsasda əlaqələrin idarə edilməsi;
  • ixrac üzrə Holdinqin diversifikasiya olunmuş strateji və loyal müştəri portfelini formalaşdırılması, müştəri xidmətləri işini təşkil edilməsi;
  • müştəri sifarişlərinin vaxtında və keyfiyyətli icrasına nəzarət edilməsi;
  • törəmə müəssisələrin məhsullarının beynəlxalq sərgilərdə təmsil olunmasının təşkil edilməsi;
  • Holdinqin ditrektorunun ixrac üzrə ona həvalə etdiyi digər vəzifələri icrası və layihələrin idarə edilməsi.

Vəzifəyə olan tələblər:

  • Ali təhsil 
  • Satış sahəsində üzrə ən azı 5 il, ixrac sahəsində 3 il iş təcrübəsi;
  • Azərbaycan, Rus və İngilis dillərində sərbəst danışma, yazışma və başa düşmə; 
  • analitik bacarıqlar;
  • ünsiyyətqurma bacarığı,
  • komandada işləmə bacarığı;
  • problemləri həll etmə bacarığı,
  • Ms Office proqramında işləyə bilmək bacarığı.

Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Diqqət: Xahiş olunur ki, meyarlara cavab verməyən iddiaçılar müraciət etməsinlər. Meyarlara uyğun olmayan iddiaçıların CV-lərinə baxılmayacaq və geri dönüş edilməyəcəkdir.

  • Daily63
  • Weekly508
  • Monthly508