Vəzifə öhdəlikləri:
- Kargüzarlıq işinin təşkili və nəzarət edilməsi;
- Sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, müvafiq struktur bölmələrə təqdim edilməsi və cavablandırılmasının təmin edilməsi;
- Sənədlərin icrasına nəzarət edilməsi və müvafiq qaydada arxivləşdirilməsi.
Tələblər:
- Ali təhsil (Hüquq sahəsində ali təhsili olanlara üstünlük verilir);
- Yüksək savad və qrammatik biliklərə, analitik düşüncəyə malik;
- İş təcrübəsi arzu olunandır;
- İngilis və rus dillərini bilməsi arzu olunandır;
- Kompyuterdən professional istifadə bacarığı;
- Məsuliyyətli, intizamlı olmalı, vətəndaşlarla nəzakətli davranmağı bacarmalıdır.
İş haqqında məlumat:
- Əmək məcəlləsinə uyğun sənədləşmə;
- Əmək haqqı ilkin olaraq 600 AZN.
Bu tələblərə uyğun namizədlər mövzu yerində “Kargüzar (Notariat Kontoru)” qeyd edərək aşağıdakı elektron ünvana göndərə bilərlər.