Keyfiyyət üzrə Mühəndis

  • Deadline 16 Oktyabr 2026

Yeni başlayacaq yaşayış binası layihəmiz üçün tikinti sahəsində keyfiyyət standartlarına müstəqil nəzarəti həyata keçirəcək, texniki və QA/QC tələblərinə uyğunluğu təmin edəcək, hündürmərtəbəli bina layihələrində təcrübəli mühəndis axtarılır.

Əsas öhdəliklər:

  • Tikinti sahəsində keyfiyyətə nəzarət fəaliyyətlərini həyata keçirmək; 
  • Texniki kənarlaşmaları və keyfiyyət risklərini müəyyən etmək; 
  • Texniki iradlar və hesabatlar hazırlamaq; 
  • Tikinti-quraşdırma işlərinin yoxlanılması və təhvil-təslim proseslərində iştirak etmək. 

Tələblər:

  • Ali mühəndislik təhsili – mütləqdir
  • Hündürmərtəbəli yaşayış binalarının tikintisində təcrübə – mütləqdir
  • QC sahəsində iş təcrübəsi
  • Daimi olaraq tikinti sahəsində fəaliyyət göstərə bilmək
  • Layihə və texniki sənədlərlə işləmə bacarığı
  • Rus və ingilis dili – arzuolunandır

İş yeri: Bakı şəhəri, tikinti sahəsi

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

  • Daily0
  • Weekly635
  • Monthly1726