Yeni başlayacaq yaşayış binası layihəmiz üçün tikinti sahəsində keyfiyyət standartlarına müstəqil nəzarəti həyata keçirəcək, texniki və QA/QC tələblərinə uyğunluğu təmin edəcək, hündürmərtəbəli bina layihələrində təcrübəli mühəndis axtarılır.
Əsas öhdəliklər:
- Tikinti sahəsində keyfiyyətə nəzarət fəaliyyətlərini həyata keçirmək;
- Texniki kənarlaşmaları və keyfiyyət risklərini müəyyən etmək;
- Texniki iradlar və hesabatlar hazırlamaq;
- Tikinti-quraşdırma işlərinin yoxlanılması və təhvil-təslim proseslərində iştirak etmək.
Tələblər:
- Ali mühəndislik təhsili – mütləqdir
- Hündürmərtəbəli yaşayış binalarının tikintisində təcrübə – mütləqdir
- QC sahəsində iş təcrübəsi
- Daimi olaraq tikinti sahəsində fəaliyyət göstərə bilmək
- Layihə və texniki sənədlərlə işləmə bacarığı
- Rus və ingilis dili – arzuolunandır
İş yeri: Bakı şəhəri, tikinti sahəsi
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.