C Company
  • 204

Company

Digər

Keyfiyyətə nəzarət mühəndisi (Qarabağ)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Keyfiyyətə nəzarət mühəndisi (Qarabağ)

  • Deadline 11 Mart 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əmək haqqı: Qarşılıqlı razılıq əsasında müəyyən olunacaq.

İş yeri: Qubadlı rayonu, Qarabağ zonası 

Vəzifə öhdəlikləri :

  • Layihə üçün alınan bütün materialların və avadanlığın təsdiq edilmiş müqaviləyə uyğun olduğunu, müvafiq qaydada işləndiyini, saxlanıldığını və layihədə istifadə üçün məqbul olduğunu yoxlamaq və sənədləşdirmək; 
  • Sahə təftişlərinin təşkili və təftiş üçün bildirişləri yazmaq, sahədə material, tikinti-quraşdırma işləri üzrə xüsusi yoxlamalar aparmaq;
  • Armaturlanma, qəlib, betonlama işlərinin keyfiyyətinin yoxlanmasını təmin etmək və sənədləşdirmək;
  • Bütün Keyfiyyət Sənədlərini hazırlamaq: Metod Bəyanatlar, Layihənin keyfiyyət planı, Yoxlama nəzarət planları və s.; 
  • Bütün fəaliyyətlərin Metod Bəyanatlara və Yoxlama nəzarət planlarına uyğun olduğuna nəzarət etmək və əmin olmaq;
  • Tikinti prosesinin izlənməsi, keyfiyyət standartlarına uyğun gəlməməsi halında və ya keyfiyyətin təmin edilməsi ilə bağlı hər hansı potensial problem barədə rəhbərliyə məlumat vermək;
  • Sahədə işlərin keyfiyyətinin pisləşməsi səbəblərinin analizi və tədqiq edilməsi, problemlərin aradan qaldırılması üzrə tədbirlər görmək;
  • Keyfiyyətin idarəedilməsi mövzusu ilə  bağlı iclaslarda iştirak etmək

Namizədə olan tələblər 

  • Ali texniki təhsili (İnşaat təhsili üstünlükdür).
  • QC&QA üzrə müvafiq sertifikatlar olmalı.
  • ISO Keyfiyyət İdarəetmə Sistemi üzrə bilik və təcrübə 
  • İnşaat sahəsində minimal 2-3 il iş təcrübəsi;

İş şəraiti 

  • 6 günlük iş rejimi
  • Yaşayış yeri ilə təmin olunma
  • Naharla təminat;

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini elektron poçt ünvanına  (“Keyfiyyətə nəzarət mühəndisi” başlığı ilə) göndərməyini xahiş edirik.

  • Daily129
  • Weekly286
  • Monthly900