Keyfiyyətə nəzarət üzrə mühəndis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Keyfiyyətə nəzarət üzrə mühəndis

  • Deadline 17 Oktyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Təsvir:

  • Tikintidə keyfiyyətə və keyfiyyətin idarəedilməsi planının və prosedurunun hazırlanması, prosesə nəzarət edilməsi;
  • Podratçı və təchizatçılar ilə keyfiyyətə yoxlamaları həyata keçirir;
  • Keyfiyyətə dair müvafiq sənədləri podratçı, təchizatçı və digər aidiyyatı şəxslərə təqdim edib keyfiyyətin riayət edilməsinə nəzarət edir;
  • Tikinti sahəsinin daxili və xarici auditlərində iştirak edir;
  • Keyfiyyətə nəzarət planını hazırlayır və rəhbərliyə təqdim edir;
  • Mülkiyyətçi ilə keyfiyyət tələblərinin planlamasını təşkil edir;
  • Təmir və tikinti fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılmasının təmin edilməsi, uyğunluğun ölçülməsi məqsədilə mütəmadi yoxlama qrafikinin tərtib edilməsində və yoxlama prosesinin təşkilində iştirak etmək;
  • Tikinti sahəsində görülən inşaat işlərinə, proseslərə və texniki  xidmət işlərinə nəzarəti həyata keçimək;
  • Tikinti-quraşdırma işlərinin plana, işçi cizgilərinə və normativ  sənədlərə uyğun yerinə yetirilməsinə nail olmaq;
  • Tikinti-quraşdırma işlərinin "İcraat Bəyanatı"-na (Method Statement) görə yerinə yetirilməsinə nəzarət etmək ;
  • Tikinti işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin  olunmasına nəzarət etmək;
  • Daxil olan tikinti materiallarının və konstruksiyaların mənşə və keyfiyyəti təsdiq edən sənədlərinə yoxlamanı  təmin etmək;
  • İş prosesində istifadə edilən materialların və konstruksiyaların bəyan edilən texniki və keyfiyyət göstəricilərinə dair uyğunsuzluqları aşkarladıqda aidiyyəti üzrə səlahiyyətli şəxsə məlumat vermək və uyğunsuzluq hesabatını hazırlamaq;
  • İnşaat sahəsi üzrə texnoloji proseslərdə keyfiyyətə neqativ təsir edən amilləri müəyyənləşdirmək və bununla  bağlı Tikinti rəhbərliyinə səmərəli təkliflərlə çıxış etmək;
  • Yoxlama və testləri həyata keçirmək üçün müvafiq prosedurların və inspeksiya test planlarının hazırlanmasına və test metodlarına nəzarət etmək;
  • Tikinti sahəsində yerləşən bütün materialların saxlanma şəraitinə və layihə tələblərinin uyğunluğuna nəzarəti təmin etmək;
  • Ölçü alətlərinin kalibrasiyadan keçirilməsinə, tikintidə istifadə olunan digər avadanlıqlar üzrə müvafiq sertifikatların alınmasına nəzarət etmək;
  • Forma 2 və Forma 3 sənədlərinin tərtibində keyfiyyətə nəzarətfunksiyasını icra etmək.

Tələblər:

  • Ali texniki təhsil.
  • Təşkilati bacarıqlar (yazışma qaydaları, vaxtın idarə edilməsi, planlaşdırma, kommunikasiya və s.);
  • Yüksək kommunikasiya bacarıqları;
  • Konfidensial və həssas məlumatlarla işləmək bacarıqları;
  • Normativ sənədlər, siyasət, prosedur və metodoloji sənədlərlə işləmə bacarıqları;
  • Strateji baxış formalaşdırma bacarıqları;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Avtocad,Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək;
  • Dil bilikləri: Azərbaycan dili; rus dili (üstünlükdür)

İş şəraiti

  • İş yeri: Bakı şəhəri.
  • Ezamiyyətlərə hazır olmalı.
  • İş vaxti: Həftənin 5 günü - 09:00-18:00
  • Əmək haqqı - 1500-2000 AZN (işaxtaranın bilik və iş təcrübəsinə görə dəyişə bilər)

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Əlaqə: 055 2348540 - İnsan Resursları şöbəsi.

  • Daily5
  • Weekly641
  • Monthly1732