C Company

Company

Digər

Keyfiyyətin təminatı və Keyfiyyətə nəzarət üzrə menecer (İnşaat)

Keyfiyyətin təminatı və Keyfiyyətə nəzarət üzrə menecer (İnşaat)

  • Deadline 12 Yanvar 2026

Şirkətdə keyfiyyət standartlarının tətbiqi və saxlanılması prosesinə rəhbərlik edir, prosedurların və iş axınının tələblərə uyğunluğunu qiymətləndirir və keyfiyyət nəzarəti üzrə komandaların fəaliyyətini koordinasiya edir. Layihə proseslərində uyğunsuzluqları müəyyən edir, onların aradan qaldırılması üçün düzəldici və qabaqlayıcı tədbirlər hazırlayır. Bundan əlavə, keyfiyyət göstəricilərinin analizi, daxili auditlərin təşkili, sertifikasiya proseslərinə dəstək və rəhbərliyə keyfiyyətin ümumi vəziyyəti ilə bağlı müntəzəm hesabatların təqdim edilməsi onun əsas öhdəliklərinə daxildir.

Vəzifə öhdəlikləri:

  • Şöbənin təşkilati strukturunun və funksional modelinin formalaşdırılması, optimallaşdırılması və davamlı inkişafının təmin edilməsi;
  • Resurs və iş yükü bölgüsünün səmərəli idarə edilməsi;
  • İşçilərin prosedur, standart və nizam-intizam tələblərinə riayətinin monitorinqi;
  • Şöbə əməkdaşlarının fəaliyyət səmərəliliyinin qiymətləndirilməsini aparmaq;
  • Keyfiyyət İdarəetmə Sistemi (KİS) üzrə strategiyaların, fəaliyyət planlarının və hesabatların hazırlanması və icrasına nəzarət;
  • Keyfiyyət məqsədlərinin və proses göstəricilərinin müəyyən edilməsi, monitorinqi və rəhbərliyə analitik hesabatların təqdim edilməsi;
  • Uyğunsuzluqların, risklərin və qarşısının alınması fəaliyyətlərinin idarə olunması;
  • KİS üzrə daxili və xarici auditlərin planlaşdırılması, koordinasiyası və nəticələrinin təhlili;
  • Rəhbərliyin təhlili üçün zəruri məlumatların toplanması və iclaslarda iştirak;
  • Keyfiyyət sisteminin davamlı təkmilləşdirilməsi üçün tələb olunan resursların müəyyənləşdirilməsi və təminatının izlənməsi;
  • Daxili və xarici tərəfdaşlarla keyfiyyətlə bağlı iclasların təşkili, aparılması və kommunikasiya proseslərinin idarə olunması;
  • Sənədləşmənin, hesabatların və prosedurların qanunvericilik tələblərinə və təşkilatın normativ aktlarına uyğunluğuna nəzarət;
  • Şirkətin fəaliyyətində aşkar olunan uyğunsuzluqların və proses boşluqlarının aradan qaldırılmasını təmin etmək və inkişaf təklifləri irəli sürmək.

Tələblər:

  • Ali təhsil (idarəetmə, mühəndislik, keyfiyyət üzrə ixtisaslar üstünlükdür);
  • Müvafiq sahədə minimum 8 il, o cümlədən rəhbər vəzifədə ən azı 3 il təcrübə;
  • MS Office (Word, Excel), Primavera, MS Project proqramlarını yüksək səviyyədə bilməli; 
  • Güclü analitik və riyazi düşüncə, problem həll etmə və qərarvermə bacarığı;
  • ISO 9001:2015, ISO 14001, ISO 45001 və keyfiyyət idarəetmə prinsipləri haqqında ümumi biliklər; 
  • Məsuliyyətli, punktual və komandada işləmə bacarığı;
  • Azərbaycan dilində sərbəst, rus və ya ingilis dillərini bilməsi üstünlükdür.

Əmək şəraiti:

  • Pozitiv və dəstəkləyici iş mühiti
  • İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)
  • İş vaxtı: 09:00-18:00
  • Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır

Göstərilən tələblərə cavab verən namizədlər Müraciət Et düyməsində göstərilən formu dolduraraq müraciətlərini göndərə bilərlər. 

  • Daily20
  • Weekly604
  • Monthly1172