Komendant (Şüvəlan)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Komendant (Şüvəlan)

  • Deadline 5 Noyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Ərazinin və təsərrüfatın idarə edilməsi: Evin və həyətyanı sahənin təmizliyinə, səliqəsinə və təhlükəsizliyinə gündəlik nəzarət etmək;
  • Texniki və kommunal baxış: Su, işıq, qaz, istilik və kondisioner sistemlərinin işləkliyinə nəzarət etmək, nasazlıqları vaxtında aşkar etmək;
  • Təmir və baxım: Kiçik təmir işlərini şəxsən görmək və ya ehtiyac olduqda usta cəlb edərək işə nəzarət etmək;
  • Əmlakın və inventarların qorunması: Evdəki və həyətdəki avadanlıqların, inventarların saxlanılmasına və tullantıların vaxtında daşınmasına cavabdeh olmaq;
  • Sürücülük və daşınma: Tapşırılan avtomobili təmiz və texniki saz vəziyyətdə saxlamaq, zəruri hallarda ailə üzvlərini təyin olunmuş ünvanlara aparıb-gətirmək və təsərrüfat alış-verişlərini etmək;
  • Giriş-çıxışa nəzarət: Əraziyə daxil olan şəxslərə, avtomobillərə nəzarət etmək və nizam-intizamı təmin etmək;
  • Hesabatlıq: Görülən işlər, yaranan problemlər və fövqəladə hallar barədə ev sahibinə vaxtında məlumat vermək.

Tələblər:

  • Yaş həddi: 32–42 yaş;
  • Ailə tərkibi: Şüvəlanda yerləşən 3 otaqlı evdə ailəsi ilə birgə tam ştat (full-day) yaşayacaq;
  • Sürücülük vəsiqəsinin olması mütləqdir;
  • Təsərrüfat və texniki işlər üzrə praktiki bacarıqlara malik olması;
  • Mədəni, təmkinli, məsuliyyətli və ünsiyyətcil olması;
  • Operativ və çevik qərar qəbul etmək bacarığı;
  • Etibarlı və diqqətli olması;
  • Zərərli vərdişlərinin olmaması;
  • Uzunmüddətli əməkdaşlığa maraqlı olması.
  • Zərərli vərdişləri olmamalıdır.

​​​​​​​İş şəraiti:

  • İş qrafiki: 6/1 (həftədə 1 gün istirahət);
  • Yaşayış yeri: Şüvəlan ərazisində 3 otaqlı tam şəraitli ev (yaşayış pulsuzdur);
  • Əməkhaqqı: 1000 AZN (Net);
  • Əmək müqaviləsinə əsasən rəsmiləşdirilmə.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily115
  • Weekly115
  • Monthly366