Vəzifə funksiyaları:
- Şirkətin ev və dekorasiya konseptinə uyğun ümumi kommersiya strategiyasını hazırlamaq və həyata keçirmək
- Pərakəndə (ev & dekor) sektordakı trendləri izləmək və rəqabətə dayanıqlı kommersiya strategiyaları təklif etmək
- Mağaza formatı və ölçülərinə uyğun rəf strategiyası, mövsümi kampaniyalar və promosiya planlarını təsdiq etmək və icrasına nəzarət etmək
- Yeni məhsulların seçilməsi, təchizatçı ilə şərtlərin razılaşdırılması, test edilməsi və mağaza şəbəkəsinə daxil edilməsini koordinasiya etmək
- Ev dekorasiyası, məişət aksesuarları, mətbəx və servis məhsulları, saxlama və təşkilat həlləri, ev tekstili və hədiyyəlik məhsullar üzrə kateqoriyaları idarə etmək
- Rəqiblərin, bazar trendlərinin və yeniliklərin təqib edilməsi, analiz olunması və nəticələrin rəhbərliyə təqdim edilməsi
- Dizayn və lifestyle trendlərini (ev dekoru, rəng palitraları, üslub yönümləri və s.) araşdıraraq çeşid strategiyasına uyğun məhsul seçimini təmin etmək
- Mövsümi və tematik məhsullar (bayram dekorasiyası, yeni il konseptləri, hədiyyəlik kolleksiyalar və s.) üzrə illik və rüblük planlama aparmaq
Namizədə tələblər:
- Ali təhsil (biznes, marketinq, iqtisadiyyat, dizayn və ya əlaqəli sahə üzrə)
- Pərakəndə (retail) və/və ya FMCG sektorunda minimum 3 il iş təcrübəsi
- Dizayn və lifestyle trendlərinə həssaslıq, məhsul seçiminə estetika və funksionallıq baxımından yanaşa bilmə bacarığı
- Dil bilikləri: İngilis dili biliyi mütləqdir (təchizatçılar və xarici tərəfdaşlarla iş üçün;
- Pərakəndə (ev & dekor) trendlərini izləmək və bu məlumatları çeşid, qiymət və kampaniya qərarlarında istifadə etmək bacarığı
- Təchizatçılarla işləmək, şərtləri (qiymət, bonus, marketinq dəstəyi və s.) effektiv şəkildə müzakirə etmək bacarığı
Digər məlumatlar:
- Əmək bazarına uyğun rəqabət qabiliyyətli əmək haqqı və bonus sistemi
- Nahar ilə təminat
- Könüllü tibbi sığorta paketi
- Korporativ mobil nömrə və aylıq danışıq limiti
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.