C Company
  • 169

Company

Digər

Kommersiya şöbə müdiri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Kommersiya şöbə müdiri

  • Deadline 21 Dekabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə funksiyaları:

  • Şirkətin ev və dekorasiya konseptinə uyğun ümumi kommersiya strategiyasını hazırlamaq və həyata keçirmək
  • Pərakəndə (ev & dekor) sektordakı trendləri izləmək və rəqabətə dayanıqlı kommersiya strategiyaları təklif etmək
  • Mağaza formatı və ölçülərinə uyğun rəf strategiyası, mövsümi kampaniyalar və promosiya planlarını təsdiq etmək və icrasına nəzarət etmək
  • Yeni məhsulların seçilməsi, təchizatçı ilə şərtlərin razılaşdırılması, test edilməsi və mağaza şəbəkəsinə daxil edilməsini koordinasiya etmək
  • Ev dekorasiyası, məişət aksesuarları, mətbəx və servis məhsulları, saxlama və təşkilat həlləri, ev tekstili və hədiyyəlik məhsullar üzrə kateqoriyaları idarə etmək
  • Rəqiblərin, bazar trendlərinin və yeniliklərin təqib edilməsi, analiz olunması və nəticələrin rəhbərliyə təqdim edilməsi
  • Dizayn və lifestyle trendlərini (ev dekoru, rəng palitraları, üslub yönümləri və s.) araşdıraraq çeşid strategiyasına uyğun məhsul seçimini təmin etmək
  • Mövsümi və tematik məhsullar (bayram dekorasiyası, yeni il konseptləri, hədiyyəlik kolleksiyalar və s.) üzrə illik və rüblük planlama aparmaq

Namizədə tələblər: 

  • Ali təhsil (biznes, marketinq, iqtisadiyyat, dizayn və ya əlaqəli sahə üzrə)
  • Pərakəndə (retail) və/və ya FMCG sektorunda minimum 3 il iş təcrübəsi
  • Dizayn və lifestyle trendlərinə həssaslıq, məhsul seçiminə estetika və funksionallıq baxımından yanaşa bilmə bacarığı
  • Dil bilikləri: İngilis dili biliyi mütləqdir (təchizatçılar və xarici tərəfdaşlarla iş üçün;
  • Pərakəndə (ev & dekor) trendlərini izləmək və bu məlumatları çeşid, qiymət və kampaniya qərarlarında istifadə etmək bacarığı
  • Təchizatçılarla işləmək, şərtləri (qiymət, bonus, marketinq dəstəyi və s.) effektiv şəkildə müzakirə etmək bacarığı

Digər məlumatlar:

  • Əmək bazarına uyğun rəqabət qabiliyyətli əmək haqqı və bonus sistemi
  • Nahar ilə təminat
  • Könüllü tibbi sığorta paketi
  • Korporativ mobil nömrə və aylıq danışıq limiti

Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily9
  • Weekly625
  • Monthly1651