Kommunikasiya və beynəlxalq əlaqələr üzrə baş mütəxəssis (Senior Communications and International Relations Specialist)

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Kommunikasiya və beynəlxalq əlaqələr üzrə baş mütəxəssis (Senior Communications and International Relations Specialist)

  • Истекает 4 август 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İdman sahəsində fəaliyyət göstərən təşkilatlardan biri layihə əsaslı əməkdaşlıq üçün Kommunikasiya və beynəlxalq əlaqələr üzrə baş mütəxəssisi axtarır. Bu vəzifə 10 avqust 2026-cı il tarixindən 31 dekabr 2026-cı il tarixinədək müddətli xarakter daşıyır. 

Namizədə tələblər:

  • Ali təhsil (beynəlxalq münasibətlər, menecment, biznes idarəetməsi və ya əlaqəli sahələr üzrə üstünlükdür);
  • Minimum 3 il müvafiq sahədə iş təcrübəsi (beynəlxalq əlaqələr, layihə idarəetməsi və ya koordinasiya sahəsində);
  • Dil bilikləri: Azərbaycan və ingilis dilləri (əla), rus dili biliyi arzuolunandır;
  • Azərbaycan və ingilis dillərində əla şifahi və yazılı ünsiyyət bacarıqları (qrammatik cəhətdən düzgün rəsmi yazışma, e-mail etiketi və biznes kommunikasiyası);
  • Güclü şifahi və yazılı kommunikasiya, təqdimat və təşkilatçılıq bacarıqları;
  • Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti;
  • Rəsmi yazışma və protokol qaydalarını bilməsi;
  • Vaxtın effektiv idarə olunması və multitasking bacarığı.

Əsas vəzifə öhdəlikləri:

  • Yerli və beynəlxalq qurumlarla əlaqələrin qurulması və idarə olunması;
  • Ölkədaxili və beynəlxalq tərəfdaşlarla effektiv kommunikasiya və əməkdaşlığın təmin edilməsi;
  • Beynəlxalq qrantlar və layihələr üçün müraciətlərin hazırlanması;
  • İllik təqvimə baxış, təlim-məşq toplanışları və yarışlarla bağlı işlərin planlaşdırılması və koordinasiyası;
  • Xarici işgüzar səfərlərin təşkili (viza müraciətləri, sığorta, dəvət və icazə məktubları, səyahət planı və büdcə);
  • Zərurət yarandıqda milli komandaların beynəlxalq səfərlərində iştirak etmək, yarış müddətində təşkilati və koordinasiya proseslərini idarə etmək;
  • VIP qonaqların səfər proqramlarının hazırlanması və müşayiəti;
  • Müxtəlif dövlət qurumlarına, təhsil ocaqlarına, digər federasiyalara və özəl müəssisələrə məktubların yazılması;
  • Rəsmi protokol qaydalarına uyğun görüşlərin təşkili və idarə olunması;
  • Onlayn görüşlərin təşkili və moderasiyası;
  • Valideynlər, məşqçilər və idmançılarla kommunikasiya proseslərinin idarə olunması.

Biz nə təklif edirik:

  • Rəqabətqabiliyyətli əmək haqqı;
  • Peşəkar və dinamik iş mühiti;
  • Beynəlxalq tədbirlərdə iştirak imkanı;
  • Karyera inkişafı perspektivi;
  • Layihənin nəticələrindən və əməkdaşın performansından asılı olaraq daimi ştata keçid imkanı.

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Qeyd: Yalnız tələblərə uyğun gələn və növbəti mərhələyə keçən namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily100
  • Weekly427
  • Monthly2694