İdman sahəsində fəaliyyət göstərən təşkilatlardan biri layihə əsaslı əməkdaşlıq üçün Kommunikasiya və beynəlxalq əlaqələr üzrə baş mütəxəssisi axtarır. Bu vəzifə 10 avqust 2026-cı il tarixindən 31 dekabr 2026-cı il tarixinədək müddətli xarakter daşıyır.
Namizədə tələblər:
- Ali təhsil (beynəlxalq münasibətlər, menecment, biznes idarəetməsi və ya əlaqəli sahələr üzrə üstünlükdür);
- Minimum 3 il müvafiq sahədə iş təcrübəsi (beynəlxalq əlaqələr, layihə idarəetməsi və ya koordinasiya sahəsində);
- Dil bilikləri: Azərbaycan və ingilis dilləri (əla), rus dili biliyi arzuolunandır;
- Azərbaycan və ingilis dillərində əla şifahi və yazılı ünsiyyət bacarıqları (qrammatik cəhətdən düzgün rəsmi yazışma, e-mail etiketi və biznes kommunikasiyası);
- Güclü şifahi və yazılı kommunikasiya, təqdimat və təşkilatçılıq bacarıqları;
- Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti;
- Rəsmi yazışma və protokol qaydalarını bilməsi;
- Vaxtın effektiv idarə olunması və multitasking bacarığı.
Əsas vəzifə öhdəlikləri:
- Yerli və beynəlxalq qurumlarla əlaqələrin qurulması və idarə olunması;
- Ölkədaxili və beynəlxalq tərəfdaşlarla effektiv kommunikasiya və əməkdaşlığın təmin edilməsi;
- Beynəlxalq qrantlar və layihələr üçün müraciətlərin hazırlanması;
- İllik təqvimə baxış, təlim-məşq toplanışları və yarışlarla bağlı işlərin planlaşdırılması və koordinasiyası;
- Xarici işgüzar səfərlərin təşkili (viza müraciətləri, sığorta, dəvət və icazə məktubları, səyahət planı və büdcə);
- Zərurət yarandıqda milli komandaların beynəlxalq səfərlərində iştirak etmək, yarış müddətində təşkilati və koordinasiya proseslərini idarə etmək;
- VIP qonaqların səfər proqramlarının hazırlanması və müşayiəti;
- Müxtəlif dövlət qurumlarına, təhsil ocaqlarına, digər federasiyalara və özəl müəssisələrə məktubların yazılması;
- Rəsmi protokol qaydalarına uyğun görüşlərin təşkili və idarə olunması;
- Onlayn görüşlərin təşkili və moderasiyası;
- Valideynlər, məşqçilər və idmançılarla kommunikasiya proseslərinin idarə olunması.
Biz nə təklif edirik:
- Rəqabətqabiliyyətli əmək haqqı;
- Peşəkar və dinamik iş mühiti;
- Beynəlxalq tədbirlərdə iştirak imkanı;
- Karyera inkişafı perspektivi;
- Layihənin nəticələrindən və əməkdaşın performansından asılı olaraq daimi ştata keçid imkanı.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Qeyd: Yalnız tələblərə uyğun gələn və növbəti mərhələyə keçən namizədlərlə əlaqə saxlanılacaq.