Vəzifə öhdəlikləri
- Şirkətin korporativ satış strategiyasını hazırlamaq və icrasını təmin etmək;
- Tikinti, sənaye, dövlət və özəl sektor üzrə iri layihələrin müəyyən edilməsi və satış imkanlarının araşdırılması;
- İnşaat şirkətləri, podratçı təşkilatlar, layihə şirkətləri, developer və korporativ müştərilərlə uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsi;
- Şirkətin məhsul portfelinin (quru və maye inşaat məhsulları, boya, gips, mineral yun və digər məhsullar) layihələrə daxil edilməsini təmin etmək;
- İllik, rüblük və aylıq korporativ satış planlarının hazırlanması və icrasına nəzarət etmək;
- Satış hədəflərinin yerinə yetirilməsini təmin etmək və müəyyən edilmiş KPI-ların icrasına cavabdeh olmaq;
- Tenderlərin, satınalma elanlarının və iri layihələrin davamlı monitorinqini aparmaq, iştirak strategiyasını formalaşdırmaq;
- Müştərilər üçün kommersiya təkliflərinin, qiymət təkliflərinin və müqavilə şərtlərinin hazırlanmasına rəhbərlik etmək;
- Korporativ müştərilərlə danışıqlar aparmaq, müqavilələrin bağlanmasını və icrasını təmin etmək;
- Mövcud və potensial müştərilər üzrə satış proqnozlarını, bazar analizlərini və rəqabət mühitini mütəmadi olaraq təhlil etmək;
- Satış komandası və digər aidiyyəti şöbələrlə koordinasiyalı şəkildə işləmək, layihələrin vaxtında icrasını təmin etmək;
- Debitor borclarına nəzarət etmək və ödənişlərin vaxtında həyata keçirilməsini təmin etmək;
- Satış fəaliyyətinə dair həftəlik, aylıq və illik hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Şirkətin bazar payının artırılması və yeni korporativ müştərilərin cəlb edilməsi istiqamətində təşəbbüslər irəli sürmək;
- Müştəri məmnuniyyətinin və xidmət keyfiyyətinin artırılması üzrə tədbirlər həyata keçirmək;
Tələblər
- Təhsil: Ali
- Yaş həddi: min 30 - max 50 yaş
- İş təcrübəsi: min 3 il – 5 il
- Kompüter biliyi: Microsoft office / Excel yaxşı
- Ezamiyyət imkanları
Dil bilikləri
- Azərbaycan dili (ana dili).
- İngilis və rus dillərində sərbəst ünsiyyət bacarığı (üstünlükdür).
Şəxsi keyfiyyətlər
- Güclü liderlik və Kollektivi idarəetmə bacarığı. Məhsuliyyətli, dinamik
- Riyazi analitik düşüncə qabiliyyəti
- Stress altında işləmə və krizis vəziyyətlərini idarə etmə qabiliyyəti.
- Yüksək nitq və prezentasiya qabiliyyəti
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.