C Company
  • 959

Company

Digər

Korporativ Satış Mütəxəssisi

  • Deadline 8 Sentyabr 2025

Əsas vəzifə öhdəlikləri:

  • Yeni müştərilərin axtarışı, cəlb edilməsi və müqavilələrin imzalanma prosesinə rəhbərlik etmək;
  • Mövcud müştəri bazasını idarə etmək, sənədləşmə, hesabların yazılması, borcların gecikmədən ödənilməsinə nəzarət etmək, müvafiq dəstək göstərmək;
  • Müştəri ehtiyaclarını qarşılamaq üçün texniki heyət və digər daxili işçilərlə aparılan işlərdən məlumatlı olmaq və dəstək olmaq;
  • Müştərilərə məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat verilməsi;
  • Müştərilərlə sıx əlaqədə olmaq, onların ehtiyac və tələblərini analiz etmək;
  • Satışın inkişaf etdirilməsi və optimallaşdırılması üçün təkliflər hazırlayıb təqdim etmək;
  • Ünsiyyət prosedurlarına, qaydalarına və siyasətinə riayət etmək;
  • Şirkətə aid məlumatın məxfiliyinin qorunması;
  • Əmək funksiyalarının icrasını təmin etmək məqsədi ilə birbaşa və şöbə rəhbərləri tərəfindən verilən şifahi, yazılı göstərişlərin və mövcud şirkətdaxili qaydaların icrası.

Tələblər:

  • Yaş həddi: 20-40 yaş
  • Təcrübə: Korporativ satış və müştəri xidməti sahəsində ən azı 1 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan, (Rus və İngilis dilləri arzuolunandır)
  • Kompüter bacarıqları: Outlook, Excel, Word, Power Point tətbiqi proqramlarında işləmə bacarığı;
  • Təşəbbüskarlıq, operativlik, punktuallıq və kreativlik;
  • Gündəmi izləmək, analiz etmək və yüksək qiymət araşdırması aparmaq qabiliyyəti;
  • Şifahi və yazılı ünsiyyət qurmaq, işgüzar danışıqların aparılması və təqdimat etmək bacarıqları;
  • Komanda isə işləmək bacarığına sahib olmaq
  • Ali təhsil (İqtisadiyyat, Biznesin təşkili, Marketinq və s. sahələr üzrə)
  • Satış taktikaları üzrə əlavə sertifikatlar arzuolunandır

İş şəraiti:

  • 5 iş günlük iş həftəsi
  • Rahat və müasir ofis şəraiti
  • Peşəkar və mehriban kollektiv
  • Karyera yüksəlişi və inkişaf imkanları
  • Əmək məcəlləsinə uyğün olaraq istirahət və məzuniyyət günləri

Müraciət qaydası:

Maraqlanan namizədlər CV-lərinizi “Korporativ Satış Mütəxəssisi” başlığı ilə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily26
  • Weekly554
  • Monthly1269