Vəzifə öhdəlikləri:
- Şirkətin xidmətlərinin korporativ satış prosesinin təşkili və yeni korporativ müştəri bazasının formalaşdırılması;
- Potensial və mövcud müştərilərlə işgüzar görüşlərin təşkili, şirkətin xidmətlərinin peşəkar şəkildə təqdim olunması;
- Telefon zəngləri, sosial şəbəkələr və digər alternativ satış kanalları vasitəsilə aktiv müştəri axtarışı və cəlb edilməsi;
- Təklif olunan xidmətlər barədə müştərilərin ətraflı məlumatlandırılması və real müştəri bazasının genişləndirilməsi;
- Mövcud korporativ müştərilərlə uzunmüddətli işgüzar münasibətlərin qurulması və inkişaf etdirilməsi;
- Müştərilərlə şirkətin daxili şöbələri arasında əlaqələndirici funksiyanın icrası;
- Müştəri etirazlarının effektiv şəkildə idarə olunması və onların potensial müştəriyə çevrilməsi istiqamətində işlərin aparılması.
Tələblər:
- Korporativ satış sahəsində minimum 2 il iş təcrübəsi;
- Azərbaycan bazarını və yerli şirkətləri yaxşı tanımaq;
- Yaş həddi: 25–45;
- Kollektivdə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
- Aktiv, təşəbbüskar və nəticəyönümlü olmaq;
- MS Office proqramlarından yaxşı səviyyədə istifadə bacarığı;
- Dil bilikləri: Azərbaycan dili və rus dili – əla səviyyədə.
İş şəraiti:
- Əmək haqqı:1000 Azn+
- 5 günlük iş qrafiki 9:00-18:00 qədər
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.