İş şərtləri:
- Rəsmi sənədləşmə;
- İş rejimi: iş günləri – yalnız şənbə və bazar günləri, iş saatları 13:00-22:00 (1 saat nahar vaxtı);
- İş yeri: Nərimanov rayonu;
- Əmək haqqı: 500 azn (net)+ bonus;
Vəzifə və öhdəliklər:
- Müştərinin kredit müraciətlərini təhlil edərək kredit risklərini qiymətləndirmək;
- Kredit müraciəti üçün tələb olunan maliyyə sənədlərinin düzgünlüyünü və uyğunluğunu yoxlamaq;
- Müştərilərə kredit prosesində dəstək göstərmək və onlara məsləhətlər vermək;
- Kredit komandasının digər üzvləri ilə əməkdaşlıq etmək, məlumatları mübadilə etmək və birlikdə qərar vermək.
Tələblər:
- Ali təhsil (arzuolunandır);
- Kredit təhlili sahəsində təcrübə arzuolunandır;
- Azərbaycan dili bilikləri (rus dili bilikləri arzuolunandır);
- Kompüterdə sürətli işləmə bacarığı;
- Banklar, maliyyə qurumları, və ya korporativ maliyyə sahəsində təcrübə üstünlük təşkil edir;
- Komanda ilə işləmək bacarığı, həmçinin müştərilərlə effektiv ünsiyyət qurmaq bacarığı;
Bu vakansiya ilə bağlı müraciət etmək üçün mövzu yerində "Kredit təhlili 2" yazaraq CV göndərməyiniz xahiş olunur. Yalnız tələblərə uyğun namizədlərin CV-ləri nəzərə alınacaq.