Vəzifə öhdəlikləri
- Layihələrin planlaşdırılması, koordinasiyası və icrasına ümumi nəzarətin həyata keçirilməsi;
- Layihə planlarının və iş qrafiklərinin hazırlanması, icra vəziyyətinin monitorinqi və yenilənməsi;
- Layihələrin texniki və kommersiya proseslərinin effektiv koordinasiyasının təmin edilməsi;
- Müştərilər, tərəfdaşlar və digər maraqlı tərəflərlə işgüzar əlaqələrin idarə olunması;
- Texniki tapşırıqların, layihə sənədlərinin və digər əlaqəli sənədlərin hazırlanması və idarə olunması;
- Texniki spesifikasiyaların təhlili, yoxlanılması və razılaşdırılması;
- Layihə risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi və risklərin idarə olunması üzrə tədbirlərin həyata keçirilməsi;
- Layihə çərçivəsində dəyişikliklərin idarə olunmasının təmin edilməsi;
- Müqavilələrin texniki və kommersiya şərtlərinin koordinasiyası;
- Layihə iclaslarının təşkili, görüş protokollarının hazırlanması və icra vəziyyətinin izlənilməsi;
- Xarici tərəfdaşlar, istehsalçılar və təchizatçılarla koordinasiyanın təmin edilməsi;
- Təchizatçıların texniki və kommersiya baxımından qiymətləndirilməsinin aparılması;
- Layihə üzrə dövri hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Müştərilər üçün təqdimatlar və məlumat materiallarının hazırlanması;
- Neft-qaz, mədən və sənaye sektorları üzrə bazar araşdırmalarının aparılması.
Namizədə tələblər
- Ali təhsil (Mühəndislik, Layihələrin idarə edilməsi, Biznesin idarə edilməsi və ya digər müvafiq ixtisaslar üzrə);
- Layihələrin idarə olunması sahəsində minimum 5+ il iş təcrübəsi;
- Neft-qaz, mədən, sənaye və ya EPC layihələrində təcrübə üstünlük hesab olunur;
- Azərbaycan və rus dillərini yaxşı səviyyədə bilmək (ingilis dili üstünlükdür);
- MS Office proqramlarında, xüsusilə Excel, Word və PowerPoint proqramlarında sərbəst işləmək bacarığı;
- Güclü analitik düşünmə, planlaşdırma, problem həll etmə və qərarvermə bacarıqları;
- Yüksək səviyyədə ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
- Vaxtın səmərəli idarə olunması və çoxsaylı layihələri paralel şəkildə idarə etmək bacarığı.
Şirkət təklif edir
- Rəqabətli əməkhaqqı;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
- Dinamik və peşəkar iş mühiti;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək münasibətləri.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.