Layihə İdarəetmə Meneceri

  • Deadline 6 Avqust 2026

Vəzifə öhdəlikləri

  • Layihələrin planlaşdırılması, koordinasiyası və icrasına ümumi nəzarətin həyata keçirilməsi;
  • Layihə planlarının və iş qrafiklərinin hazırlanması, icra vəziyyətinin monitorinqi və yenilənməsi;
  • Layihələrin texniki və kommersiya proseslərinin effektiv koordinasiyasının təmin edilməsi;
  • Müştərilər, tərəfdaşlar və digər maraqlı tərəflərlə işgüzar əlaqələrin idarə olunması;
  • Texniki tapşırıqların, layihə sənədlərinin və digər əlaqəli sənədlərin hazırlanması və idarə olunması;
  • Texniki spesifikasiyaların təhlili, yoxlanılması və razılaşdırılması;
  • Layihə risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi və risklərin idarə olunması üzrə tədbirlərin həyata keçirilməsi;
  • Layihə çərçivəsində dəyişikliklərin idarə olunmasının təmin edilməsi;
  • Müqavilələrin texniki və kommersiya şərtlərinin koordinasiyası;
  • Layihə iclaslarının təşkili, görüş protokollarının hazırlanması və icra vəziyyətinin izlənilməsi;
  • Xarici tərəfdaşlar, istehsalçılar və təchizatçılarla koordinasiyanın təmin edilməsi;
  • Təchizatçıların texniki və kommersiya baxımından qiymətləndirilməsinin aparılması;
  • Layihə üzrə dövri hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Müştərilər üçün təqdimatlar və məlumat materiallarının hazırlanması;
  • Neft-qaz, mədən və sənaye sektorları üzrə bazar araşdırmalarının aparılması.

Namizədə tələblər

  • Ali təhsil (Mühəndislik, Layihələrin idarə edilməsi, Biznesin idarə edilməsi və ya digər müvafiq ixtisaslar üzrə);
  • Layihələrin idarə olunması sahəsində minimum 5+ il iş təcrübəsi;
  • Neft-qaz, mədən, sənaye və ya EPC layihələrində təcrübə üstünlük hesab olunur;
  • Azərbaycan və rus dillərini yaxşı səviyyədə bilmək (ingilis dili üstünlükdür);
  • MS Office proqramlarında, xüsusilə Excel, Word və PowerPoint proqramlarında sərbəst işləmək bacarığı;
  • Güclü analitik düşünmə, planlaşdırma, problem həll etmə və qərarvermə bacarıqları;
  • Yüksək səviyyədə ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
  • Vaxtın səmərəli idarə olunması və çoxsaylı layihələri paralel şəkildə idarə etmək bacarığı.

Şirkət təklif edir

  • Rəqabətli əməkhaqqı;
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
  • Dinamik və peşəkar iş mühiti;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək münasibətləri.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

  • Daily99
  • Weekly358
  • Monthly758