Vəzifə və öhdəliklər:
- Tikinti layihəsinə dair bütün sənədlərin hazırlanması, yoxlanması və arxivləşdirilməsi.
- Layihə mərhələlərinə uyğun tələb olunan sənədlərin vaxtında təqdim edilməsi.
- İcazələrin alınması və uyğunluq proseslərinin idarə edilməsi.
- Tikinti materiallarının sertifikatlarının və keyfiyyət sənədlərinin yoxlanılması.
- Tikinti aktlarının və mərhələ hesabatlarının hazırlanması və imzalanması.
- Milli və beynəlxalq tikinti standartlarına riayət edilməsini təmin etmək.
- Layihə iştirakçıları arasında sənəd mübadiləsinin effektivliyini təmin etmək.
- Müvafiq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Tələb olunan biliklər:
- Ali təhsil (İnşaat mühəndisliyi, Layihə idarəetməsi və ya əlaqədar sahələr üzrə).
- Tikinti layihələrinin idarəedilməsi sahəsində minimum 2-3 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili– yaxşı, Rus dili – arzuolunandır;
- Kompüter bacarıqları: MS Office, Autocad proqramlarında işləmək bacarığı.
Tələb olunan bacarıqlar:
- Liderlik, vaxtın və heyəti idarə etmək bacarığı;
- Yüksək ünsiyyət və davranış keyfiyyətinə malik olması;
- Stressə davamlı və analitik düşünmə bacarığı;
İş şəraiti:
- İş qrafiki: 6 günlük;
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.
- İş yeri: Gəncə şəhəri
Mövzu yerinə “Layihə Koordinatoru (sənədləşdirmə üzrə)” qeyd edərək elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.