Legal Manager

  • Deadline 21 Fevral 2026

Əsas vəzifələr:

  • Şirkətin fəaliyyətinə tam hüquqi dəstəyin göstərilməsi
  • Müqavilələrin, qərarların, əmrlərin və daxili sənədlərin yoxlanılması və təsdiqlənməsi
  • Azərbaycan Respublikasının qanunvericiliyinə və daxili qaydalara uyğunluğun təmin edilməsi
  • Rəhbərliyə korporativ, kommersiya, əmək, mülki və inzibati hüquq məsələləri üzrə məsləhətlərin verilməsi
  • Xidmət, təchizat, subpodrat və EPC müqavilələrinin yoxlanılması
  • Dövlət və özəl qurumlarla danışıqlarda iştirak
  • Şirkətin məhkəmələrdə və dövlət orqanlarında təmsil edilməsi
  • Daxili qaydaların, siyasətlərin və prosedurların hazırlanması və yenilənməsi
  • Bütün departamentlər üzrə hüquqi uyğunluğun monitorinqi
  • Hüquqi risklərin müəyyən edilməsi və qabaqlayıcı tədbirlərin tövsiyə edilməsi
  • Hüquq komandasına rəhbərlik və nəzarət
  • Direktorlar Şurası və Səhmdarların Ümumi Yığıncaqları üzrə korporativ katib funksiyalarının icrası

Tələblər:

  • Hüquq üzrə bakalavr və ya magistr dərəcəsi (LL.M üstünlükdür)
  • 7–10+ il peşəkar hüquqi iş təcrübəsi, o cümlədən rəhbər vəzifələrdə təcrübə
  • Korporativ və kommersiya hüququ, EPC ( tikinti,mtk)  layihələri üzrə güclü biliklər
  • Azərbaycan qanunvericiliyi və beynəlxalq müqavilə standartları üzrə dərin bilik
  • Güclü sənəd tərtibatı, danışıqlar və liderlik bacarıqları
  • Azərbaycan, İngilis və Rus dillərində sərbəstlik

İş şəraiti

  • Ünvan: Bakı şəhəri
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müəyyən ediləcək;
  • Tam iş vaxtı
  • İş günləri: 5 gün

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily104
  • Weekly234
  • Monthly1666