Müəssisənin maliyyə vəziyyətini qiymətləndirir, etibarlı hesabatlar hazırlayır və rəhbərliyin qərarvermə prosesinə dəstək göstərir.
Vəzifə öhdəlikləri:
- Maliyyə məlumatlarının təhlili və rəhbərlik üçün müntəzəm hesabatların təqdim edilməsi;
- Büdcə və faktiki nəticələrin müqayisəli təhlilinin aparılması;
- Maliyyə göstəricilərinin monitorinqi və kənarlaşmaların izah edilməsi;
- Hesabat proseslərinin avtomatlaşdırılması və optimallaşdırılması üzrə təşəbbüslərin irəli sürülməsi;
- Müxtəlif struktur bölmələri ilə əməkdaşlıq edərək maliyyə məlumatlarının düzgünlüyünün təmin edilməsi.
Tələblər:
- Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat sahəsində);
- Maliyyə hesabatlarının hazırlanması və təhlili sahəsində minimum 3 il iş təcrübəsi;
- IFRS (Beynəlxalq Maliyyə Hesabatı Standartları) üzrə biliklərə üstünlük verilir;
- Maliyyə göstəricilərinin təhlili və hesabatların hazırlanması bacarığı;
- MS Excel proqramını yüksək səviyyədə bilmək (Pivot Table, Power Query, mürəkkəb formulalar və s.);
- ERP sistemləri ilə işləmək təcrübəsi üstünlükdür;
- Məlumatların emalı, konsolidasiyası və təqdimatı üzrə bacarıqlar;
- Böyük həcmli məlumatlarla işləmək və qısa müddətdə keyfiyyətli nəticə təqdim etmək bacarığı;
- Yüksək analitik düşüncə, diqqətlilik və məsuliyyətlilik;
- Vaxtın effektiv idarə olunması və prioritetləri düzgün müəyyən etmə bacarığı;
- Komanda ilə işləmə bacarığının olması.
Əmək şəraiti:
- İş rejimi: Bazar ertəsi – Cümə günü (5 gün)
- İş vaxtı: 09:00-18:00
- Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Maliyyə analitiki və hesabatlıq mütəxəsəssisi” yazaraq Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərmələri xahiş olunur.