Maliyyə analitiki və hesabatlıq mütəxəssisi

Maliyyə analitiki və hesabatlıq mütəxəssisi

  • Deadline 21 Avqust 2026

Müəssisənin maliyyə vəziyyətini qiymətləndirir, etibarlı hesabatlar hazırlayır və rəhbərliyin qərarvermə prosesinə dəstək göstərir.

Vəzifə öhdəlikləri:

  • Maliyyə məlumatlarının təhlili və rəhbərlik üçün müntəzəm hesabatların təqdim edilməsi;
  • Büdcə və faktiki nəticələrin müqayisəli təhlilinin aparılması;
  • Maliyyə göstəricilərinin monitorinqi və kənarlaşmaların izah edilməsi;
  • Hesabat proseslərinin avtomatlaşdırılması və optimallaşdırılması üzrə təşəbbüslərin irəli sürülməsi;
  • Müxtəlif struktur bölmələri ilə əməkdaşlıq edərək maliyyə məlumatlarının düzgünlüyünün təmin edilməsi.

Tələblər:

  • Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat sahəsində);
  • Maliyyə hesabatlarının hazırlanması və təhlili sahəsində minimum 3 il iş təcrübəsi;
  • IFRS (Beynəlxalq Maliyyə Hesabatı Standartları) üzrə biliklərə üstünlük verilir;
  • Maliyyə göstəricilərinin təhlili və hesabatların hazırlanması bacarığı;
  • MS Excel proqramını yüksək səviyyədə bilmək (Pivot Table, Power Query, mürəkkəb formulalar və s.);
  • ERP sistemləri  ilə işləmək təcrübəsi üstünlükdür;
  • Məlumatların emalı, konsolidasiyası və təqdimatı üzrə bacarıqlar;
  • Böyük həcmli məlumatlarla işləmək və qısa müddətdə keyfiyyətli nəticə təqdim etmək bacarığı;
  • Yüksək analitik düşüncə, diqqətlilik və məsuliyyətlilik;
  • Vaxtın effektiv idarə olunması və prioritetləri düzgün müəyyən etmə bacarığı;
  • Komanda ilə işləmə bacarığının olması.

Əmək şəraiti:

  • İş rejimi: Bazar ertəsi – Cümə günü (5 gün)
  • İş vaxtı: 09:00-18:00
  • Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Maliyyə analitiki və hesabatlıq mütəxəsəssisi” yazaraq Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərmələri xahiş olunur.

  • Daily0
  • Weekly374
  • Monthly2051