Vəzifə öhdəlikləri:
- Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin mühasibat əməliyyatlarının fasiləsiz uçotunun təşkil edilməsi;
- Vergi, DSMF və statistika hesabatlarının hazırlanması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara təqdim edilməsi;
- Dövlət büdcəsinə ödənişlərin dəqiq hesablanması və qanunvericilikdə müəyyən edilmiş müddətdə köçürülməsi;
- Əmək haqlarının düzgün hesablanması və ödənilməsi;
- İdarə heyətinə maliyyə hesabatları və analizlərin təqdim edilməsi;
- Maliyyə hesabatlarının dəqiqliyinin və qanunvericiliyə uyğunluğunun təmin edilməsi;
- Büdcə planlaşdırması və maliyyə proqnozlarının hazırlanması;
- Xərclərin optimallaşdırılması və risklərin idarə edilməsi
Tələblər:
- Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə ali təhsil
- Maliyyə rəhbəri kimi iş təcrübəsi
- İnşaat sahəsində iş təcrübəsi
- Beynəlxalq maliyyə standartları (IFRS) və yerli qanunvericilik üzrə biliklər
- Analitik düşüncə və qərarvermə bacarığı
- Komanda idarəetmə və liderlik təcrübəsi
- PMS sertifikatı olanlara üstünlük veriləcək
Təminatlar:
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
Müraciət qaydaları:
CV-nizi mövzu bölməsində “Maliyyə direktoru” yazaraq və mətndə maaş gözləntinizi qeyd edərək elektron poçt ünvanına göndərə bilərsiniz.