İş şəraiti:
- İş qrafiki: 5 günlük (09:00 – 18:00)
- Əmək haqqı: razilaşma yolu ilə
Vəzifə öhdəlikləri:
- Qrup Şirkətlərinin maliyyə hesabatlarının təhlilinin aparılması, zəruri uyğunlaşma və yeniliklərinin tətbiqi, onların ümumi normalara uyğunluqlarının yoxlanılması və mövcud uyğunsuzluqların aradan qaldırılması;
- Yarımillik və illik konsolidə olunmuş və fərdi maliyyə hesabatlarının, onlara dair qeydlərin vaxtında və düzgün hazırlanması;
- Davamlı olaraq hesabatlılıq dövrünün qısaldılması tədbirlətinin aparılması (məsələn, avtomatlaşdırma, hesabatlılıq paketləri və s.);
- Qrup mühasibat uçotu siyasətinin davamlı baxılması, yenilənməsi, bütün Qrup Şirkətlərinə tətbiqi imkanlarının qiymətləndirilməsi;
- Aylıq rəhbərlik hesabatların hazırlanması və təhlillərin aparılması, müxtəlif maliyyə təhlillərin aparılması;
- Büdcə planlama prosesisinin təşkilində, formalaşmasında, icrasında və büdcə, planlama təhlillərində iştirak.
Namizədə tələblər:
- Maliyyə/mühasibatlıq sahəsinə bakalavr dərəcəsi
- Maliyyə hesabatı sahəsində peşəkar təcrübə;
- Güclü analitik bacarıqları;
- Güclü ünsiyyət və təqdimat bacarıqları;
- MS Excel proqramını mükəmməl biliyi. Digər proqramların (məs. Power Query və Power BI) biliyi üstünlükdür;
- ACCA F3, F7, F9 və digər maliyyə yönümlü sertifikasiyaların olması üstünlükdür;
Namizədlərdən xahiş olunur ki, şəkil əlavə olunmuş tərcümeyi hallarını Müraciət Et düyməsində göstərilən e-mail ünvanına mövzu yerində “Maliyyə hesabatı üzrə mütəxəssis” qeyd edərək göndərsinlər. Vəzifə tələblərinə uyğun olmayan müraciətlərin namizədliyinə baxılmayacaqdır.