C Company
  • 448

Company

Digər

Maliyyə hesabatı üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Maliyyə hesabatı üzrə mütəxəssis

  • Deadline 10 Noyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti:

  • İş qrafiki: 5 günlük (09:00 – 18:00)
  • Əmək haqqı: razilaşma yolu ilə

Vəzifə öhdəlikləri:

  • Qrup Şirkətlərinin maliyyə hesabatlarının təhlilinin aparılması, zəruri uyğunlaşma və yeniliklərinin tətbiqi, onların ümumi normalara uyğunluqlarının yoxlanılması və mövcud uyğunsuzluqların aradan qaldırılması;
  • Yarımillik və illik konsolidə olunmuş və fərdi maliyyə hesabatlarının, onlara dair qeydlərin vaxtında və düzgün hazırlanması;
  • Davamlı olaraq hesabatlılıq dövrünün qısaldılması tədbirlətinin aparılması (məsələn, avtomatlaşdırma, hesabatlılıq paketləri və s.);
  • Qrup mühasibat uçotu siyasətinin davamlı baxılması, yenilənməsi, bütün Qrup Şirkətlərinə tətbiqi imkanlarının qiymətləndirilməsi;
  • Aylıq rəhbərlik hesabatların hazırlanması və təhlillərin aparılması, müxtəlif maliyyə təhlillərin aparılması;
  • Büdcə planlama prosesisinin təşkilində, formalaşmasında, icrasında və büdcə, planlama təhlillərində iştirak.

Namizədə tələblər:

  • Maliyyə/mühasibatlıq sahəsinə bakalavr dərəcəsi
  • Maliyyə hesabatı sahəsində peşəkar təcrübə;
  • Güclü analitik bacarıqları;
  • Güclü ünsiyyət və təqdimat bacarıqları;
  • MS Excel proqramını mükəmməl biliyi.  Digər proqramların (məs. Power Query və Power BI) biliyi üstünlükdür;
  • ACCA F3, F7, F9 və digər maliyyə yönümlü sertifikasiyaların olması üstünlükdür;

Namizədlərdən xahiş olunur ki, şəkil əlavə olunmuş tərcümeyi hallarını Müraciət Et düyməsində göstərilən e-mail ünvanına mövzu yerində “Maliyyə hesabatı üzrə mütəxəssisqeyd edərək göndərsinlər. Vəzifə tələblərinə uyğun olmayan müraciətlərin namizədliyinə baxılmayacaqdır.

  • Daily107
  • Weekly107
  • Monthly1124