Əsas vəzifə öhdəlikləri:
- Baş mütəxəssis Maliyyə Rəhbərinə və Direktora hesabat verir;
- Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin mühasibat uçotunun təşkil edilməsində müstəsna rol oynayır;
- Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini təmin edir;
- Əkinçilik və heyvandarlıq üzrə mühasibat uçotunun təşkil edilməsində iştirak edir;
- Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu təşkil edir;
- Aylıq, rüblük və illik ƏDV, Mənfəət Vergisi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti qurumlara təqdim edilməsində iştirak edir;
- Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının tərtibi, əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələr tərtib edir;
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasında iştirak edir;
- Balans və müəssisənin fəaliyyəti haqqında digər ümumi hesabatların tərtib edilməsi, onların təyin edilmiş qaydada müvafiq orqanlara təqdim edilməsini təşkil edir;
- Vergilərin və digər icbari ödənişlərin hesablanması və onların ödənilməsinə icra edir;
- Müqavilələrin təsdiqləyici sənədlərin tərtib edilməsi və imzalanması, hesablaşmaların vaxtında və tam icra edilməsinə aid olan şərtlərinin yerinə yetirilməsini icra edir;
- Müəssisənin maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotu və hesabat sənədlərində tam və düzgün göstərilməsini təmin edir;
- Birbaşa rəhbərinin tələblərinə uyğun olaraq vəzifənin nəzərdə tutduğu digər öhdəlikləri yerinə yetirir;
- Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirməni təmin edir;
- Dövlət orqanlarına olan hesabatların doğruluğunu təsdiqləndikdən sonra tədim edir;
- Subsidiya alınması üçün sənədlərin hazırlanması və təqdim edilməsini təmin edir;
- Anbar silinmələri , xidmət, və digər əməliyyatların xərc maddələrini mühasibat və maliyyə uçotuna görə düzgün vurulmasını və uyğunsuzluq olarsa düzəldilməsini təmin edir;
- Əsas vəsaitə keçid, kapital olunan texnika və materialları aktlaşdırmaq və imzalanmasını təmin edir;
- Təhtəl hesablamaları aylıq olaraq qaytarılmasını , işlərin yekunlaşmasına nəzarət etmək;
- ƏDV , şəxsi hesab vərəqəsi və digər hesabları aylıq olaraq yoxlanılması , kənarlaşmaları həll edir;
- Aylıq və illik inventarizasiya prosesinin təşkilində müstəsna rol oynayır, prosesi aktlarla yekunlaşdırıb hesabat verir;
- İllik əsas vəsaitlərin inventarizasiya proesinində iştirak edir , prosesin icrasını izləyir , 1C-də lazımı düzəlişləri edir;
- Satış müqavilələrin təsdiqi,qruplaşdırılması və toplanılması;
- Kassa əməliyyatlarına nəzarət edilməsi,Gündəlik kassa hesabatının yoxlanılması;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və dəqiq icra edilməsi.
Tələblər:
- Ali təhsil (Mühasibatlıq, Maliyyə, İqtisadiyyat ixtisasları üzrə);
- Minimum 5 il baş mühasib və ya maliyyə mütəxəssisi kimi iş təcrübə;
- Əkinçilik və heyvandarlıq üzrə təcrübə; (arzuolunandır)
- Azərbaycan Respublikası Əmək və Vergi Məcəlləsi, mühasibat uçotu üzrə biliklər;
- Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı;
- 1C 8.3 proqramında sərbəst işləmə bacarığı;
- E-taxes.gov.az və digər elektron portallardan istifadə bacarığı;
- Riyazi hesablama və analitik təhlil qabiliyyəti;
- Vergi qanunvericiliyini mükəmməl bilməli;
- İdarəetmə və təşkilatçılıq bacarıqları.
Əmək şəraiti:
- Pozitiv və dəstəkləyici iş mühiti
- İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)
- İş vaxtı: 09:00-18:00
- Əmək haqqı: 1300-2000 Azn gross (namizədin bilik-bacarığına əsasən)
Müraciət etmək üçün CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Maliyyə işləri üzrə Baş mütəxəssis” qeyd edərək göndərməyinizi xahiş edirəm.