C Company
  • 296

Company

Прочее

Maliyyə işləri üzrə Baş mütəxəssis

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Maliyyə işləri üzrə Baş mütəxəssis

  • Истекает 3 июль 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Əsas vəzifə öhdəlikləri:

  • Baş mütəxəssis Maliyyə Rəhbərinə və Direktora hesabat verir;
  • Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin mühasibat uçotunun təşkil edilməsində müstəsna rol oynayır;
  • Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini təmin edir;
  • Əkinçilik və heyvandarlıq üzrə mühasibat uçotunun təşkil edilməsində iştirak edir;
  • Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu təşkil edir;
  • Aylıq, rüblük və illik ƏDV, Mənfəət Vergisi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti qurumlara təqdim edilməsində iştirak edir;
  • Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının tərtibi, əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələr tərtib edir;
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasında iştirak edir;
  • Balans və müəssisənin fəaliyyəti haqqında digər ümumi hesabatların tərtib edilməsi, onların təyin edilmiş qaydada müvafiq orqanlara təqdim edilməsini təşkil edir;
  • Vergilərin və digər icbari ödənişlərin hesablanması və onların ödənilməsinə icra edir;
  • Müqavilələrin təsdiqləyici sənədlərin tərtib edilməsi və imzalanması, hesablaşmaların vaxtında və tam icra edilməsinə aid olan şərtlərinin yerinə yetirilməsini icra edir;
  • Müəssisənin maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotu və hesabat sənədlərində tam və düzgün göstərilməsini təmin edir;
  • Birbaşa rəhbərinin tələblərinə uyğun olaraq vəzifənin nəzərdə tutduğu digər öhdəlikləri yerinə yetirir;
  • Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirməni təmin edir;
  • Dövlət orqanlarına olan hesabatların doğruluğunu təsdiqləndikdən sonra tədim edir;
  • Subsidiya alınması üçün sənədlərin hazırlanması və təqdim edilməsini təmin edir;
  • Anbar silinmələri , xidmət, və digər əməliyyatların xərc maddələrini mühasibat və maliyyə uçotuna görə düzgün vurulmasını və uyğunsuzluq olarsa düzəldilməsini təmin edir;
  • Əsas vəsaitə keçid, kapital olunan texnika və materialları aktlaşdırmaq və imzalanmasını təmin edir;
  • Təhtəl hesablamaları aylıq olaraq qaytarılmasını , işlərin yekunlaşmasına nəzarət etmək;
  • ƏDV , şəxsi hesab vərəqəsi və digər hesabları aylıq olaraq yoxlanılması , kənarlaşmaları həll edir;
  • Aylıq və illik inventarizasiya prosesinin təşkilində müstəsna rol oynayır, prosesi aktlarla yekunlaşdırıb hesabat verir;
  • İllik əsas vəsaitlərin inventarizasiya proesinində iştirak edir , prosesin icrasını izləyir , 1C-də lazımı düzəlişləri edir;
  • Satış müqavilələrin təsdiqi,qruplaşdırılması və toplanılması;
  • Kassa əməliyyatlarına nəzarət edilməsi,Gündəlik kassa hesabatının yoxlanılması;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və dəqiq icra edilməsi.

Tələblər:

  • Ali təhsil (Mühasibatlıq, Maliyyə, İqtisadiyyat ixtisasları üzrə);
  • Minimum 5 il baş mühasib və ya maliyyə mütəxəssisi kimi iş təcrübə;
  • Əkinçilik və heyvandarlıq üzrə təcrübə; (arzuolunandır)
  • Azərbaycan Respublikası Əmək və Vergi Məcəlləsi, mühasibat uçotu üzrə biliklər;
  • Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı;
  • 1C 8.3 proqramında sərbəst işləmə bacarığı;
  • E-taxes.gov.az və digər elektron portallardan istifadə bacarığı;
  • Riyazi hesablama və analitik təhlil qabiliyyəti;
  • Vergi qanunvericiliyini mükəmməl bilməli;
  • İdarəetmə və təşkilatçılıq bacarıqları.

Əmək şəraiti:

  • Pozitiv və dəstəkləyici iş mühiti
  • İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)
  • İş vaxtı: 09:00-18:00
  • Əmək haqqı: 1300-2000 Azn gross (namizədin bilik-bacarığına əsasən)

Müraciət etmək üçün CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Maliyyə işləri üzrə Baş mütəxəssis” qeyd edərək göndərməyinizi xahiş edirəm.

  • Daily1
  • Weekly459
  • Monthly459