Maliyyə sahəsində yüksək peşəkarlığa malik namizədləri komandamıza qoşulmağa dəvət edirik. Maliyyə Meneceri şirkətin maliyyə fəaliyyətinin planlaşdırılması, nəzarəti və strateji inkişaf istiqamətlərinin idarə edilməsində mühüm rol oynayacaq.
Vəzifə öhdəlikləri:
- Şirkətdə idarəetmə uçotu və maliyyə nəzarəti sisteminin qurulması, tətbiqi və davamlı inkişafının təmin edilməsi;
- Büdcələşdirmə, maliyyə planlaşdırılması və proqnozlaşdırma proseslərinin hazırlanması və idarə edilməsi;
- İllik büdcənin hazırlanması, icrasına nəzarət və büdcə kənarlaşmalarının təhlil edilməsi;
- Aylıq idarəetmə hesabatlarının (P&L, Cash Flow, Balance Sheet) hazırlanması, təhlili və rəhbərliyə təqdim edilməsi;
- Pul vəsaitlərinin hərəkətinin planlaşdırılması və effektiv idarə olunmasına nəzarət;
- Əsas maliyyə göstəricilərinin təhlil edilməsi;
- Satınalma prosesləri, anbar qalıqları və ehtiyatların dövriyyəsinə maliyyə nəzarətinin həyata keçirilməsi;
- Vergi, audit və digər tərəflərlə maliyyə məlumatlarının hazırlanmasında koordinasya;
- Yeni investisiya layihələrinin və biznes təşəbbüslərinin maliyyə səmərəliliyinin qiymətləndirilməsi;
- Rəhbərlik üçün maliyyə hesabatlarının, analitik təhlillərin və təqdimatların hazırlanması;
- Maliyyə proseslərinin optimallaşdırılması və avtomatlaşdırılması üzrə təşəbbüslərin irəli sürülməsi və həyata keçirilməsi;
- Maliyyə risklərinin qiymətləndirilməsi və risklərin azaldılması istiqamətində təkliflərin hazırlanması;
- Daxili prosedur və maliyyə intizamına riayət olunmasına nəzarətin təmin edilməsi.
Tələblər:
- İqtisadiyyat, maliyyə və ya müvafiq sahə üzrə ali təhsil;
- Maliyyə meneceri və ya oxşar vəzifədə minimum 3 il iş təcrübəsi (neft-qaz sahəsində təcrübəyə üstünlük verilir);
- Financial Reporting və Management Reporting beynəlxalq imtahanları üzrə sertifikasiyalar (ACCA, CIMA, CPA və s.;
- Maliyyə təhlili, büdcələşdirmə və idarəetmə hesabatları üzrə praktiki biliklər;
- Analitik düşüncə və problemlərin həlli bacarığı;
- Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
- Operativlik, çevik qərarvermə və vaxtın səmərəli idarə olunması bacarığı;
- Rus dilini əla səviyyədə bilməsi (ingilis dili biliyi üstünlükdür).
İş şəraiti
- Əmək haqqı: 7000 AZN
- İş fəaliyyəti Azərbaycan və Gürcüstan ərazilərini əhatə edəcək;
- Ezamiyyətlə bağlı daimi xərclər - nəqliyyat və yaşayış xərcləri şirkət tərəfindən qarşılanacaq.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.