Maliyyə meneceri

  • Истекает 14 август 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Maliyyə sahəsində yüksək peşəkarlığa malik namizədləri komandamıza qoşulmağa dəvət edirik. Maliyyə Meneceri şirkətin maliyyə fəaliyyətinin planlaşdırılması, nəzarəti və strateji inkişaf istiqamətlərinin idarə edilməsində mühüm rol oynayacaq.

Vəzifə öhdəlikləri:

  • Şirkətdə idarəetmə uçotu və maliyyə nəzarəti sisteminin qurulması, tətbiqi və davamlı inkişafının təmin edilməsi;
  • Büdcələşdirmə, maliyyə planlaşdırılması və proqnozlaşdırma proseslərinin hazırlanması və idarə edilməsi;
  • İllik büdcənin hazırlanması, icrasına nəzarət və büdcə kənarlaşmalarının təhlil edilməsi;
  • Aylıq idarəetmə hesabatlarının (P&L, Cash Flow, Balance Sheet) hazırlanması, təhlili və rəhbərliyə təqdim edilməsi;
  • Pul vəsaitlərinin hərəkətinin planlaşdırılması və effektiv idarə olunmasına nəzarət;
  • Əsas maliyyə göstəricilərinin təhlil edilməsi;
  • Satınalma prosesləri, anbar qalıqları və ehtiyatların dövriyyəsinə maliyyə nəzarətinin həyata keçirilməsi;
  • Vergi, audit və digər tərəflərlə maliyyə məlumatlarının hazırlanmasında koordinasya;
  • Yeni investisiya layihələrinin və biznes təşəbbüslərinin maliyyə səmərəliliyinin qiymətləndirilməsi;
  • Rəhbərlik üçün maliyyə hesabatlarının, analitik təhlillərin və təqdimatların hazırlanması;
  • Maliyyə proseslərinin optimallaşdırılması və avtomatlaşdırılması üzrə təşəbbüslərin irəli sürülməsi və həyata keçirilməsi;
  • Maliyyə risklərinin qiymətləndirilməsi və risklərin azaldılması istiqamətində təkliflərin hazırlanması;
  • Daxili prosedur və maliyyə intizamına riayət olunmasına nəzarətin təmin edilməsi.

Tələblər:

  • İqtisadiyyat, maliyyə və ya müvafiq sahə üzrə ali təhsil;
  • Maliyyə meneceri və ya oxşar vəzifədə minimum 3 il iş təcrübəsi (neft-qaz sahəsində təcrübəyə üstünlük verilir);
  • Financial Reporting və Management Reporting beynəlxalq imtahanları üzrə sertifikasiyalar (ACCA, CIMA, CPA və s.;
  • Maliyyə təhlili, büdcələşdirmə və idarəetmə hesabatları üzrə praktiki biliklər;
  • Analitik düşüncə və problemlərin həlli bacarığı;
  • Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
  • Operativlik, çevik qərarvermə və vaxtın səmərəli idarə olunması bacarığı;
  • Rus dilini əla səviyyədə bilməsi (ingilis dili biliyi üstünlükdür).

İş şəraiti

  • Əmək haqqı: 7000 AZN
  • İş fəaliyyəti Azərbaycan və Gürcüstan ərazilərini əhatə edəcək;
  • Ezamiyyətlə bağlı daimi xərclər - nəqliyyat və yaşayış xərcləri şirkət tərəfindən qarşılanacaq.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily7
  • Weekly279
  • Monthly1343