Maliyyə meneceri

  • Истекает 6 декабрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Əmək haqqı: 2000–3000 AZN

Əsas vəzifə öhdəlikləri:

  • Restoran şəbəkəsinin maliyyə fəaliyyətinin və büdcəsinin idarə olunması;
  • Gəlir, xərc və maya dəyərinə nəzarət, rentabelliyin artırılması;
  • Pul axınlarının və təchizatçı hesablaşmalarının idarə edilməsi;
  • iiko sistemi üzərindən satış, anbar və maliyyə göstəricilərinin təhlili;
  • Maliyyə və vergi hesabatlılığına nəzarət;
  • Maliyyə komandasının idarə olunması və strateji təkliflərin hazırlanması.

Namizədə tələblər:

  • Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə ali təhsil;
  • Maliyyə sahəsində rəhbər vəzifədə minimum 3–5 il təcrübə;
  • Maliyyə planlaşdırılması, büdcə və vergi qanunvericiliyi üzrə biliklər;
  • Excel və ERP sistemləri ilə yüksək səviyyədə işləmə bacarığı;
  • Analitik düşünmə və komanda idarəetmə bacarığı;
  • ACCA, CFA sertifikatları üstünlükdür.

Restoran sektorunda iş təcrübəsi və iiko proqramı üzrə biliklər üstünlükdür.

Təklif edirik:

  • 5 günlük iş qrafiki;
  • Rəsmi əmək müqaviləsi;
  • Peşəkar iş mühiti və karyera inkişafı.

Tələblərə cavab verən namizədlər CV-lərini "Maliyyə Direktoru" mövzu başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly577
  • Monthly578