Şirkətimizdə maliyyə və mühasibatlıq sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək istəyən və bu sahədə karyera qurmaq istəyənlər üçün təcrübə proqramı elan edir. Bu proqram sizə real iş mühitində praktiki təcrübə qazanmaq və peşəkar komanda ilə işləmək imkanı verəcək.
Təcrübə müddətini uğurla bitirən namizədlər şirkətimizə işə qəbul ediləcək.
Vəzifə Öhdəlikləri:
Aşağıda göstərilən bilik və bacarıqların öyrədilməsi:
- Gündəlik maliyyə əməliyyatlarını icra etmək;
- Elektron qaimə fakturaları hazırlamaq və göndərmək;
- Daxil olan elektron qaimə fakturaların doğruluğunu yoxlamaq;
- Müqavilələrin redaktə edilməsi və düzəldlməsi, aktların, hesab fakturaların, protokolların və digər növ mühasibat sənədlərini tərtib etmək;
- Bank və ƏDV depozit hesablarından ödəniş həyata keçirtmək
- Vergi və digər dövlət orqanlarına aylıq /rüblük/illik hesabatların tərtib olunmasında iştirak etmək;
- İşgüzar yazışmaları aparmaq;
- Əmək haqqı hesablanmasını və ödənişini həyata keçirmək.
Tələblər:
Aşağıdakı göstəricilərə cavab verən şəxslərə üstünlük verilir:
- Maliyyə, İqtisadiyyat, mühasibat uçotu sahəsində ali təhsil üstünlükdür.
- Yüksək analitik bacarıq və riyazi biliklər.
- Komanda işində fəal iştirak etmək və tətbiq etmə bacarığı.
- Səbirli, məsuliyyətli və öyrənməyə həvəsli olmaq.
- Azərbaycan dili səlis, rus dili arzuolunandır.
- MS Office və 1C üzrə biliklər (Excel, xüsusilə də formulalarla işləmək bacarıqları arzuolunandır)
- e-gov.az, e-taxes.gov.az və digər portallar haqqında məlumatlı olması üstünlükdür.
- Vergi, əmək qanunvericilikləri üzrə biliklər arzuolunandır.
Təcrübə şəraiti:
- 5 günlük iş qrafiki
- Təcrübə müddəti 2 ay
Qeyd olunan tələblərə uyğun namizədlər öz CV-lərini “Maliyyə-mühasibatıq üzrə təcrübəçi” başlığı ilə Müraciət Et butonunda yerləşən e-mail ünvanına göndərə bilərlər. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.