Vəzifə öhdəlikləri:
- Maliyyə strategiyasının formalaşdırılması və icrasına rəhbərlik etmək
- Maliyyə axınlarının, kapital strukturunun və likvidliyin səmərəli idarə edilməsini təmin etmək
- Büdcə, proqnozlaşdırma və maliyyə modelləşdirmə proseslərinə nəzarət etmək
- Maliyyə hesabatlarının IFRS standartlarına uyğun dəqiqliyini və şəffaflığını təmin etmək
- Risklərin idarə olunması və korporativ nəzarət mexanizmlərinin təkmilləşdirilməsinə rəhbərlik etmək
- Audit və vergi orqanları ilə qarşılıqlı əlaqəni səmərəli idarə etmək
- İdarə Heyəti və Ümumi Rəhbərliklə sıx əməkdaşlıq edərək strateji qərarların qəbuluna töhfə vermək
- İnvestorlar və digər maraqlı tərəflərlə etibarlı və şəffaf kommunikasiya aparmaq
Vəzifə tələbləri:
- Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqədar sahə üzrə ali təhsil
- Maliyyə və idarəetmə sahəsində minimum 5 illik peşəkar təcrübə, o cümlədən rəhbər vəzifədə iş təcrübəsi
- Beynəlxalq maliyyə standartları (IFRS), vergi qanunvericiliyi və korporativ idarəetmə prinsipləri üzrə dərin biliklər
- Güclü analitik və strateji düşüncə qabiliyyəti, nəticəyönümlü yanaşma
- Yüksək səviyyəli liderlik, komanda idarəetməsi və ünsiyyət bacarıqları
- CFA, ACCA, CPA və ya digər beynəlxalq maliyyə sertifikatlarına malik olmaq ciddi üstünlükdür
- Azərbaycan, Rus və İngilis dillərində sərbəst danışıq və yazı bacarıqları (digər dillər üstünlük sayılır)
Əmək şəraiti:
- Əmək haqqı: 4000 - 5000 AZN (gross);
- İş rejimi: 5 günlük (09:00-18:00);
- İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı.
Təminatlar:
- Ümumi xidməti nəqliyyat;
- Naharla təmin etmə;
- Hava limanı ərazisinə ödənişsiz giriş-çıxış kartı;
- Hava limanı ərazisində avtomobil parklama imkanı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Maddi-Texniki Təminat Şöbəsinin Rəisi və Baş Direktorun Köməkçisi - Mustafa Hacıyev +994 50 266 77 66