Yer: Bakı, Azərbaycan
Məşğulluq növü: Tam ştat
Sahə: Aqro
Vəzifə öhdəlikləri:
- Aylıq olaraq Qrup və alt şirkətlərin maliyyə nəticələrinin yoxlanılması, analiz olunması və lazımi düzəlişlərin təklif olunması
- Aylıq olaraq İdarəetmə uçotu üçün Konsolidasiya edilmiş maliyyə hesablarının hazırlanması və təqdimatı
- Faktiki aylıq və büdcə nəticələri arasında fərqlərin araşdırılması və analitik izahların təqdim edilməsi
- Qrup üçün maliyyə siyasətlərinin və prosedurlarının hazırlanmasında iştirak etmək
- Maliyyə hesabatlarının beynəlxalq standartına (MHBS) əsasən hazırlanacaq maliyyə hesabatları üçün lazımi standartların tətbiqi və maliyyə hesabatlarının hazırlanması
- Kənar audit yoxlama prosesində iştirak edilməsi və yoxlama üçün hesabatların, açıqlamaların tərtib və təqdim edilməsi
- Müvafiq struktur bölmələrin büdcə planlamasında iştirakının və kordinasiyasının təmin edilməsi
- Maliyyə proseslərinin və idarəetmə hesabatlarının yaxşılaşdırılması üçün təkliflər irəli sürmək
- Rəhbərlik tərəfindən veriləcək digər oxşar tapşırıqları icra etmək
- Aylıq və illik satış ilə bağlı analitik hesabatların hazırlanması və birbaşa rəhbərinə təqdim olunması;
- Satış dinamikasının mütəmadi izlənməsi və analizlərin aparılması;
- Qısa və uzun müddətli satış proqnozlarının hazırlanması və planlaşdırılması;
- Riyazi və statistik üsullardan istifadə edərək məlumatların təhlil olunması;
- Bazarın vəziyyətinin araşdırılması, məhsul və xidmətlərə olan tələb və təklifin daim öyrənilməsi; rəqabət mühitinin təhlil edilməsi;
- Layihə üzrə büdcənin hazırlanmasında iştirak, büdcənin icrasına aylıq əsasda nəzarət, bu istiqamətdə müqayisə və təhlillərin aparılması və müvafiq təqdimatların hazırlanması;
- Layihələr üzrə maliyyə hesabatlarının tərtib edilməsi, maliyyə göstəricilərinin analitikası;
- Maliyyə/uçot məlumatları üzrə müfəssəl təhlilin həyata keçirilməsi, gəlir/xərc maddələrinin sistemdə düzgün uçotuna nəzarət;
- Biznes proseslərdə nöqsan və çatışmazlıqların müəyyən edilməsi və onların aradan qaldırılması məqsədilə müvafiq struktur bölmələrlə əməkdaşlıq;
- Cəmiyyət tərəfindən qəbul olunmuş daxili əmək intizamı qaydalarını yerinə yetirmək;
- Maliyyə və hesabatlıq üzrə aparıcı mütəxəssis vəzifəsi üzrə Cəmiyyətin Sağlamlıq, təhlükəsizlik texnikası və əməyin mühafizəsi prosedurları, qaydaları, təlimatları, planları və digər tələbləri barədə məlumatlı olmaq və onlara riayət etmək;
- Maliyyə və hesabatlıq üzrə aparıcı mütəxəssis vəzifəsi üzrə Cəmiyyətin Keyfiyyətin idarə olunması sistemləri prosedurları, qaydaları, təlimatları, planları və digər tələbləri barədə məlumatlı olmaq və onlara riayət etmək.
Tələblər:
- Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya biznesin idarə olunması üzrə ali təhsil;
- Maliyyə hesabatları və təhlillərlə bağlı güclü biliklər;
- MS Excel proqramında yüksək səviyyədə işləmə bacarığı;
- Beynəlxalq maliyyə sertifikatlarına malik olmaq üstünlükdür;
- Analitik düşüncə, dəqiqlik və diqqətlilik;
- Büdcələrin hazırlanması, icrasının təhlili və xərclərə nəzarət;
- Aylıq və illik maliyyə analizlərinin hazırlanması;
- Rəhbərliyə analitik hesabatların təqdim etmə bacarığı;
- Komandada işləmək və hesabatlılıq bacarığı;
- Maliyyə sahəsində minimum 3 il iş təcrübəsi;
Zəhmət olmasa CV-nizi “Maliyyə və hesabatlıq üzrə aparıcı mütəxəssis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq və müsahibəyə dəvət olunacaqlar.