İş şəraiti:
- İşəgötürən: Regionda yerləşən ətlik və südlük heyvandarlıq kompleksi
- İş yeri: Bakı şəhəri (həftədə ən azı 1 dəfə kompleksə səfər)
- Əməyin ödənişi: Razılaşma yolu ilə.
Əsas vəzifələri:
- Şirkətin maliyyə menecmenti üzrə siyasət və qaydalarının, onlara əlavə və dəyişiklərin layihələrinin hazırlanması;
- Şirkətdə maliyyə menecmenti sistemlərinin təkmilləşdirilməsi;
- Şirkətin büdcəsinin hazırlanması və icrasına nəzarətin təmin olunması;
- Şirkətin məhsullarının maya dəyərinin hesablanması və ona nəzarət edilməsi;
- Şirkətin fəaliyyətinin tam olaraq, gündəlik əsasda uçotda düzgün və vaxtında əks edilməsinin təmin olunması;
- Şirkətin xərclərinə və pul axınlarına nəzarətin təmin edilməsi;
- Şirkətdə qurulmuş ERP-nin tətbiqinə yardım edilməsi:
- Şirkətin hesabatlıq işinin qurulması, dövlət orqanlarına, menecmentə və təsisçilərə vaxtında və düzgün hesabatların verilməsi;
- Yeni layihələrin maliyyə əsaslandırılmasının hazırlanması;
- Şirkətin likvidliyinin səmərəli idarə edilməsi;
- Şirkətə investisiyaların cəlb edilməsi və onlardan səmərəli istifadəyə nəzarəti təşkil edilməsi;
- Şirkətin rəhbərinin maliyyə menecmenti sahəsində ona həvalə etdiyi layihələrin və işlərin icra edilməsi.
Vəzifəyə olan tələblər:
- ali iqtisadi və ya biznes təhsil;
- peşəkar mühasib sertifikatı (PMS) və ya maliyyə menecmenti və ya uçot sahəsində beynəlxalq sertifikat və ya diplomlara malik olmaq;
- bioloji aktivləri olan şirkətlərdə maliyyə menecmenti və ya uçot sahəsində ən azı 5 il təcrübə;
- maliyyə meneceri və ya baş mühasib vəzifəsində ən azı 3 il iş təcrübəsi;
- liderlik bacarıqları;
- analitiklik bacarıqları;
- qarşısına qoyduğu məqsədə çatmaq qabiliyyəti;
- dəqiq planlaşma və ciddi nəzarət etmək qabiliyyəti;
- qeyri-standart qərarlar qəbuletmə bacarığı;
- başqalarına rəhbərlik etmə qabiliyyəti;
- MS Excel və 1C proqramlarında mükəmməl işləmə bacarıqları və təcrübəsi.
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Diqqət: Xahiş olunur ki, meyarlara cavab verməyən iddiaçılar müraciət etməsinlər. Meyarlara uyğun olmayan iddiaçıların CV-lərinə baxılmayacaq və geri dönüş edilməyəcəkdir.