C Company
  • 474

Company

Digər

Maliyyə və mühasibatlıq şöbəsinin müdiri, baş mühasib (CFO)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Maliyyə və mühasibatlıq şöbəsinin müdiri, baş mühasib (CFO)

  • Deadline 1 Yanvar 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti:

  • İşəgötürən: Regionda yerləşən ətlik və südlük heyvandarlıq kompleksi
  • İş yeri: Bakı şəhəri (həftədə ən azı 1 dəfə kompleksə səfər)
  • Əməyin ödənişi: Razılaşma yolu ilə. 

Əsas vəzifələri:

  • Şirkətin  maliyyə menecmenti üzrə siyasət və qaydalarının, onlara əlavə və dəyişiklərin layihələrinin hazırlanması;
  • Şirkətdə maliyyə menecmenti sistemlərinin təkmilləşdirilməsi;
  • Şirkətin büdcəsinin hazırlanması və icrasına nəzarətin təmin olunması;
  • Şirkətin məhsullarının maya dəyərinin hesablanması və ona nəzarət edilməsi; 
  • Şirkətin  fəaliyyətinin tam olaraq, gündəlik əsasda uçotda düzgün və vaxtında əks edilməsinin təmin olunması;
  • Şirkətin xərclərinə və pul axınlarına nəzarətin təmin edilməsi;
  • Şirkətdə qurulmuş ERP-nin tətbiqinə  yardım edilməsi:
  • Şirkətin  hesabatlıq işinin qurulması, dövlət orqanlarına, menecmentə və təsisçilərə vaxtında və düzgün hesabatların verilməsi;
  • Yeni layihələrin maliyyə əsaslandırılmasının hazırlanması;
  • Şirkətin  likvidliyinin səmərəli idarə edilməsi;
  • Şirkətə investisiyaların cəlb edilməsi və onlardan səmərəli istifadəyə nəzarəti təşkil edilməsi;
  • Şirkətin rəhbərinin maliyyə menecmenti sahəsində ona həvalə etdiyi layihələrin və işlərin icra edilməsi.

Vəzifəyə olan tələblər:

  • ali iqtisadi və ya biznes təhsil;
  • peşəkar mühasib sertifikatı (PMS) və ya maliyyə menecmenti və ya uçot sahəsində beynəlxalq sertifikat və ya diplomlara malik olmaq;
  • bioloji aktivləri olan şirkətlərdə maliyyə menecmenti və ya uçot sahəsində ən azı 5 il təcrübə;
  • maliyyə meneceri və ya baş mühasib vəzifəsində ən azı 3 il iş təcrübəsi; 
  • liderlik bacarıqları;
  • analitiklik bacarıqları;
  • qarşısına qoyduğu məqsədə çatmaq qabiliyyəti;
  • dəqiq planlaşma və ciddi nəzarət etmək qabiliyyəti;
  • qeyri-standart qərarlar qəbuletmə bacarığı;
  • başqalarına rəhbərlik etmə qabiliyyəti;
  • MS Excel və 1C proqramlarında mükəmməl işləmə bacarıqları və  təcrübəsi.

Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Diqqət: Xahiş olunur ki, meyarlara cavab verməyən iddiaçılar müraciət etməsinlər. Meyarlara uyğun olmayan iddiaçıların CV-lərinə baxılmayacaq və geri dönüş edilməyəcəkdir.

  • Daily104
  • Weekly549
  • Monthly549