İş haqqında
- İdman sahəsində fəaliyyət göstərən təşkilat maliyyə və mühasibatlıq proseslərini peşəkar şəkildə idarə edəcək, analitik düşüncəyə malik, məsuliyyətli və təcrübəli aparıcı mütəxəssisi axtarır.
Əsas vəzifələr
- Mühasibat və maliyyə uçotunun aparılması;
- ƏDV, vahid bəyannamə və digər vergi hesabatlarının hazırlanması və təqdim edilməsi;
- Mənfəət və zərər hesabatlarının hazırlanması;
- Debitor və kreditor borclarına nəzarət;
- Bank əməliyyatlarının və ödənişlərin həyata keçirilməsi;
- Əməkhaqqının hesablanması;
- Büdcənin hazırlanması, icrasına nəzarət və maliyyə planlaşdırılması;
- Maliyyə göstəricilərinin təhlili və analitik hesabatların hazırlanması;
- Sponsorlar və rəhbərlik üçün maliyyə hesabatlarının hazırlanması;
- Maliyyə risklərinin qiymətləndirilməsi və proseslərin optimallaşdırılması üzrə təkliflərin hazırlanması;
- Rəhbərliyin verdiyi digər tapşırıqların yerinə yetirilməsi.
Namizədə tələblər
- Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat üzrə ali təhsil;
- Mühasibatlıq və maliyyə sahəsində minimum 5 il iş təcrübəsi;
- Vergi qanunvericiliyi və maliyyə hesabatlılığı üzrə biliklər;
- MS Excel proqramını yüksək səviyyədə bilmək;
- Analitik düşünmə bacarığı;
- Məsuliyyətlilik və dəqiqlik.
İş şərtləri
- İş vaxtı: 09:00 – 18:00
- İş günləri: 5/2
- Əmək haqqı: müsahibə əsasında müəyyən ediləcək
Biz nə təklif edirik:
- Rəqabətqabiliyyətli əmək haqqı;
- Dinamik və sürətli iş mühiti;
- Rəhbərliklə birbaşa işləmək imkanı;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Qeyd: Yalnız tələblərə uyğun gələn və növbəti mərhələyə keçən namizədlərlə əlaqə saxlanılacaq.