Vəzifə haqqında:
- Şirkətin ümumi marketinq strategiyasını formalaşdıracaq, brendin inkişafını, reklam və rəqəmsal kampaniyaları idarə edəcək, satışların artımına real təsir göstərə biləcək təcrübəli rəhbər axtarılır.
Vəzifə öhdəlikləri:
- Şirkətin illik marketinq strategiyasını və büdcəsini hazırlamaq, icrasına nəzarət etmək;
- Brendin tanıdılmasını, ənənəvi və rəqəmsal kampaniyaları planlaşdırmaq və həyata keçirmək;
- Rəqəmsal marketinq alətləri (Google Ads, Meta Business, TikTok Ads, LinkedIn Ads, SEO, E-mail Marketing, Remarketing, Influencer Marketing, Marketing Automation və Web Analytics platformaları) vasitəsilə effektiv reklam kampaniyaları planlaşdırmaq və həyata keçirmək;
- Komandanı idarə etmək, motivasiya və inkişafına dəstək olmaq.
Tələblər:
- Marketinq və ya biznes üzrə ali təhsil;
- Minimum 6 il marketinq təcrübəsi, o cümlədən ən azı 3 il rəhbər vəzifədə ;
- Rəqəmsal və ənənəvi marketinq alətləri üzrə praktiki və nəzəri biliklər;
- Komanda idarəetmə, liderlik və strateji planlaşdırma qabiliyyəti;
- Güclü analitik və strateji düşünmə bacarığı;
- Kreativ yanaşma və innovativ düşüncə tərzi;
- Güclü analitik düşüncə, data ilə işləmə və nəticəyönümlü qərarvermə bacarığı;
- Azərbaycan dilində səlis danışıq və yazı, İngilis və Rus dili üstünlükdür.
İş şəraiti:
- İş yeri: Bakı şəhəri;
- Maaş: 2500 – 3000 AZN + performans bonusu;
- İş rejimi: Tam ştat;
- İş saatı: 09:00-18:00.
Müraciət üçün CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Mövzu hissəsində “Marketing Direktor” yazmağınız xahiş olunur.