İş şəraiti
- İşə qəbul: Əmək Məcəlləsinə əsasən rəsmi sənədləşmə;
- İş qrafiki: 6 tam iş günü;
- Əməkhaqqı: 1800 – 2500 AZN (namizədin təcrübəsi və peşəkarlıq səviyyəsinə əsasən təyin olunur).
Əsas məsuliyyətlər
Strategiyanın hazırlanması və tətbiqi
- Şirkətin marketinq istiqamətinin qurulması və strategiyaların həyata keçirilməsi;
- Qısa və uzunmüddətli marketinq fəaliyyət planlarının işlənməsi və tətbiqi;
- Bazar meyllərinin və istehlakçı ehtiyaclarının araşdırılması, məhsul və xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tövsiyələrin verilməsi;
- Marketinq büdcəsinin hazırlanması və səmərəli idarə olunması.
Rəqəmsal marketinq və brend inkişafı
- SEO/SEM, Google Ads, Facebook, Instagram, TikTok, Linkedln, Google Ads və s. sosial media və digər platformalarda kampaniyaların yaradılması, təhlili və optimallaşdırılması;
- Performansa əsaslanan əsas göstəricilərin (KPI) təyin olunması və onların izlənməsi; Brend mövqeyinin gücləndirilməsi və brend strategiyasının həyata keçirilməsi;
- A/B testlərinin aparılması və performans optimallaşdırması üçün texniki və analitik yanaşmaların tətbiqi;
- Web analitikası vasitələri (Google Analytics, Hotjar, Yandex.Metrika və s.) ilə performansın izlənməsi;
Satışa Dəstək və Müştəri Bazası ilə İş
- Satış komandası ilə birgə kampaniyaların hazırlanması, məhsul və xidmətlərin daha effektiv təqdimatı üçün dəstək;
- Müştəri seqmentlərinin müəyyən edilməsi, bu seqmentlər üzrə fərqli marketinq yanaşmalarının hazırlanması;
- CRM sistemləri ilə işləmək, mövcud müştəri bazasının qorunması və yeni müştəri cəlbi üçün təşəbbüslərin planlanması;
- B2B və B2C sahəsində xüsusi təkliflərin hazırlanması və təqdimatların hazırlanması.
Hesabatlılıq və Performans Monitorinqi
- Hər ay, rüb və il üzrə KPI və ROI təhlillərinin aparılması;
- Marketinq layihələrinin effektivliyini ölçmək üçün hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
- Büdcə və resurs istifadəsi üzrə şərh və nəticələrin təqdim olunması;
- Rəqəmsal və ənənəvi kanallarda aparılan kampaniyaların performansına dair müqayisəli təhlillər aparmaq.
Komanda İdarəçiliyi və Daxili Koordinasiya
- Marketinq komandasının formalaşdırılması, iş bölgüsünün aparılması və idarə olunması;
- Komanda üzvlərinin inkişafı üçün təlim planlarının hazırlanması və tətbiqi;
- Satış, məhsul inkişafı, İT və digər daxili şöbələrlə sıx koordinasiya;
- Layihələrin vaxtında və keyfiyyətlə tamamlanmasını təmin etmək.
Strateji Tərəfdaşlıq və Agentliklərlə İş
- Marketinq, media və PR agentlikləri ilə münasibətlərin idarə olunması;
- Tərəfdaşlarla əməkdaşlıq imkanlarının dəyərləndirilməsi və inkişaf etdirilməsi;
- Xarici xidmət təminatçıları ilə müqavilələrin razılaşdırılması və nəzarət olunması.
PR və biznes tərəfdaşlıqları
- İctimaiyyətlə əlaqələrin qurulması, media partnyorları ilə əməkdaşlıq və PR təşəbbüslərinin hazırlanması;
- Korporativ tədbirlərin təşkili və iştirak, B2B tərəfdaşlıqların genişləndirilməsi;
- E-mail marketinq kanallarının inkişaf etdirilməsi və əlaqələrin möhkəmləndirilməsi.
Analitik yanaşma və tədqiqat
- Rəqiblərin fəaliyyəti və bazar dəyişikliklərinin daimi izlənməsi və analiz olunması;
- Rəqəmsal platformalar üzrə dövri hesabatların hazırlanması;
- Marketinq göstəricilərinin təhlili və təkmilləşdirmə imkanlarının aşkarlanması.
Namizəd üçün əsas tələblər
- Biznes, marketinq və ya əlaqəli sahədə ali təhsil;
- Marketinq rəhbərliyi sahəsində minimum 4-6 illik təcrübə;
- Rəqəmsal marketinqdə ən az 5 illik praktiki bilik və təcrübə;
- SEO/SEM, sosial media, reklam və kontent marketinqi sahələrində dərin biliklər;
- Layihələrin idarə olunması, komandaya rəhbərlik və strateji düşüncə bacarığı;
- Təhlil etmək, təqdimat hazırlamaq və effektiv kommunikasiya qurmaq bacarığı;
- Çətin situasiyalarda operativ və nəticəyönümlü yanaşma.
Müraciət forması
Əgər yuxarıda qeyd edilən tələblərə cavab verdiyinizi düşünürsünüzsə, zəhmət olmasa CV və varsa portfolionuzu "Marketinq Direktoru" başlığı ilə Müraciət Et butonunda qeyd olunan e-mail ünvanına göndərin.
Qeyd:
Yalnız kriteriyalara uyğun namizədlərlə əlaqə saxlanılacaq. CV-nizi peşəkar və strukturlaşdırılmış şəkildə, portfolionuzla birlikdə təqdim etməyiniz tövsiyə olunur.