Tələblər:
- Müvafiq sahə üzrə ən azı 1-3 il iş təcrübəsi
- Azərbaycan və rus dillərində sərbəst danışmaq bacarığı (Rus dili mütləqdir, İngilis dili B2 səviyyəsində bilik üstünlükdür)
- Ünsiyyətcil və danışıq qabiliyyəti yüksək olmalı
- Cəld, dinamik, məsuliyyətli, dəqiq və icraçılıq qabiliyyətinə malik olmalı
- Öyrənməyə və daim inkişaf etməyə açıq olmaq
- İşinə məsuliyyətli yanaşmaq
İş barədə məlumat:
- Şirkətin marketinq strategiyasına uyğun olaraq fəaliyyət göstərmək
- Sosial media platformalarında (Facebook, Instagram, LinkedIn və s.) məzmun hazırlamaq və paylaşmaq
- Reklam kampaniyalarının təşkili və icrası
- Müştəri bazasının genişləndirilməsi üçün marketinq tədbirlərinin hazırlanması və həyata keçirilməsi
- Potensial müştərilərlə əlaqə yaradaraq şirkətin məhsul və xidmətlərini tanıtmaq
- Bazar araşdırması aparmaq və trendləri izləmək
- Marketinq fəaliyyətlərinin nəticələrini təhlil etmək və hesabat hazırlamaq
- Şirkətin təqdimat materiallarını (broşürlər, kataloqlar və s.) hazırlamaq və yeniləmək
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.