İş barədə məlumat:
- Sektor: Tikinti
- İş rejimi: 6 günlük
- Əmək haqqı: Razılaşma yolu ilə
Şirkətimiz tikinti layihələrinin marketinq fəaliyyətini strateji səviyyədə idarə edəcək, brendin inkişafını təmin edəcək və satış komandası ilə koordinasiyalı işləyəcək peşəkar “Marketinq Meneceri” axtarır.
Vəzifə öhdəlikləri:
- Şirkətin marketinq strategiyasının hazırlanması və həyata keçirilməsi;
- Tikinti layihələrinin tanıtımı üçün marketinq kampaniyalarının planlaşdırılması və icrası;
- Rəqəmsal marketinq, sosial media, reklam və PR fəaliyyətlərinin idarə olunması;
- Müştəri seqmentlərinin müəyyənləşdirilməsi və hədəfli marketinq strategiyalarının hazırlanması;
- Satış komandası ilə birgə layihə bazarında satışları dəstəkləyən marketinq tədbirlərinin həyata keçirilməsi;
- Marketinq büdcəsinin idarə olunması;
- Bazarın, rəqiblərin və müştəri davranışlarının təhlil edilməsi;
- Reklam və PR agentlikləri ilə əlaqələrin idarə olunması;
- Marketinq fəaliyyətinin və digər göstəricilər üzrə analizi və rəhbərliyə hesabatın təqdim edilməsi;
- Brend imicinin qorunması və inkişaf etdirilməsi.
Tələblər:
- Marketinq, iqtisadiyyat və ya əlaqəli sahə üzrə təhsil
- Marketinq sahəsində minimum 3 il iş təcrübəsi, (tikinti sektorunda təcrübə üstünlükdür)
- Rəqəmsal (Digital) marketinq, sosial media, SEO/SEM, reklam kampaniyaları üzrə təcrübə
- Yüksək səviyyədə ünsiyyət, təqdimat və komanda ilə işləmə bacarığı
- Kreativ yanaşma və strateji düşünmə qabiliyyəti
- Marketinq analitik alətləri və programları üzrə bacarıqlar
Yalnız tələblərə uyğun namizədlərin müraciətinə dönüş ediləcək. Tikinti sahəsində təcrübəsi olanlara üstünlük veriləcəkdir. Uyğun namizədlər öz CV məlumatlarını başlıq hissəyə vakansiya adını qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilər.