C Company
  • 432

Company

Digər

Marketinq Şöbə Müdiri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Marketinq Şöbə Müdiri

  • Deadline 21 İyun 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Şirkətin satış hədəflərinə uyğun ticari marketinq strategiyalarını hazırlamaq və icra etmək
  • Mövsümə, məhsul kateqoriyasına və regionlara uyğun satış təşviqedici kampaniyalar planlamaq və həyata keçirmək
  • Marketinq büdcəsini (ATL, BTL, TTL) səmərəli idarə etmək, fəaliyyətləri satış göstəricilərinə əsaslanaraq optimallaşdırmaq
  • İllik və aylıq trade planların hazırlanması, satış nöqtələrində tətbiqinə nəzarət və nəticələrinin analiz edilməsi
  • Kampaniyalar üzrə POS və POP materiallarının hazırlanmasına rəhbərlik etmək, sahədə düzgün yerləşdirilməsinə nəzarət
  • Marketinq fəaliyyətlərinin performansını ölçmək, nəticələrə əsaslanaraq təkmilləşdirmə təklifləri hazırlamaq
  • Loyallıq proqramlarının inkişafında iştirak etmək, satışa təsir edən təşviq mexanizmləri üzrə təkliflər vermək
  • Satış komandası ilə sıx əməkdaşlıq edərək, marketinq və satış strategiyalarının əlaqəli tətbiqini təmin etmək
  • Rəqəmsal və ənənəvi reklam kanallarında məhsul və kampaniyaların düzgün təqdimatına nəzarət etmək
  • Mağazalarda müştəri davranışı və alış trendləri üzrə məlumat toplamaq, təhlil etmək və qərarvermədə istifadə etmək
  • Təchizat və logistika komandaları ilə koordinasiyalı işləyərək, kampaniyaların vaxtında və düzgün icrasını təmin etmək

Namizədə dair tələblər:

  • Ali təhsil (Marketinq, Biznesin idarə olunması və ya əlaqəli sahələr üzrə)
  • Pərakəndə və ya FMCG sektorunda, xüsusilə trade marketing və satış yönümlü layihələrin idarəsində ən azı 4 illik təcrübə
  • Ticari strategiyaların hazırlanması və satış nəticələrinə təsir edən təşviqedici kampaniyaların qurulmasında praktiki bilik
  • ATL, BTL və TTL fəaliyyətləri üzrə planlama və büdcə idarəçiliyi təcrübəsi
  • Komanda rəhbərliyi, analitik düşüncə və müxtəlif şöbələrlə effektiv koordinasiya bacarığı
  • POS/POP materiallarının planlanması və satış nöqtələrində tətbiqinə nəzarət sahəsində təcrübə
  • MS Office (xüsusilə Excel və PowerPoint), təqdimat hazırlama və əsas digital marketinq alətləri ilə işləmə bacarığı
  • Yüksək təşəbbüskarlıq, nəticə yönümlü düşüncə və dəyişkən mühitə uyğunlaşma qabiliyyəti

Təklif etdiklərimiz:

  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı və performansa əsaslanan mükafat sistemi
  • Əməkdaş rifahını və iş balansını dəstəkləyən geniş imtiyaz paketi
  • Retail strukturunda strateji layihələrdə iştirak və inkişaf fürsətləri
  • Peşəkar rəhbərlik dəstəyi və komanda ilə birlikdə uğura yönəlmiş dinamik iş mühiti
  • Daimi təlim və özünüinkişaf imkanları

İş qrafiki:

  • İş saatları 09:00 – 18:00;
  • Nahar fasiləsi: 13:00-14:00
  • Şənbə və Bazar istirahət günləri

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Marketinq Şöbə Müdiri" yazaraq Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily0
  • Weekly384
  • Monthly1911