İş şəraiti
- İş yeri: Baş ofis
- Şəhər: Bakı
- İş rejimi: Tam iş günü
- İş qrafiki: 5 günlük
Vəzifə öhdəlikləri
- Şirkətin brendləri üzrə marketinq strategiyasının hazırlanması və həyata keçirilməsini təmin etmək;
- Bazar araşdırmaları aparmaq, rəqib şirkətlərin fəaliyyətini və bazar tendensiyalarını təhlil etmək;
- Hədəf auditoriyasını müəyyənləşdirmək, müştəri bazasının genişləndirilməsi və müştəri loyallığının artırılması istiqamətində tədbirlər həyata keçirmək;
- Marketinq kampaniyaları, reklam aksiyaları və tanıtım tədbirlərini planlaşdırmaq və təşkil etmək;
- SMM və PR strategiyasını müəyyənləşdirmək, sosial media fəaliyyətini və kontent planlarını idarə etmək;
- Şirkətin reklam, tanıtım və vizual kommunikasiya materiallarını hazırlamaq, qrafik dizayn işlərini həyata keçirmək;
- Filialların vizual tərtibatına, vitrinlərin və mağazadaxili reklam materiallarının brend standartlarına uyğunluğuna nəzarət etmək;
- Mağaza və kafe interyerinin, müştəri təcrübəsini və brend imicini yaxşılaşdırmağa yönəlmiş vizual təkmilləşdirmə təklifləri hazırlamaq;
- Şirkətin media və ictimaiyyətlə əlaqələrini idarə etmək, KİV-də yayımlanan məlumatları, press-relizləri və sosial media fəaliyyətini izləmək;
- Marketinq komandasının fəaliyyətini təşkil etmək, tapşırıqları bölüşdürmək və nəticələrə nəzarət etmək;
- Marketinq fəaliyyətinin effektivliyini təhlil etmək, nəticələr üzrə hesabatlar hazırlamaq və təkmilləşdirmə təklifləri irəli sürmək.
Namizədə tələblər
- Marketinq, menecment, biznesin idarə edilməsi və ya müvafiq sahə üzrə ali təhsil;
- Marketinq sahəsində minimum 5 il iş təcrübəsi;
- Rəqəmsal marketinq, SMM və PR istiqamətləri üzrə bilik və təcrübə;
- Kreativ kontent və reklam ideyaları hazırlamaq bacarığı;
- Adobe Photoshop, Adobe Illustrator, Canva və digər qrafik dizayn proqramları ilə işləmək bacarığı;
- Reklam bannerləri, posterlər, flayerlər, kataloqlar və digər vizual materialları müstəqil hazırlamaq bacarığı;
- Bazar araşdırması aparmaq, məlumatları təhlil etmək və nəticə çıxarmaq qabiliyyəti;
- Effektiv kommunikasiya və komanda ilə işləmək bacarığı;
- Strateji düşünmə, planlaşdırma və vaxtın idarə edilməsi bacarığı;
- Təşəbbüskarlıq, kreativlik və yüksək məsuliyyətlilik.
İş şəraiti
- Əmək qanunvericiliyinə uyğun rəsmi əmək müqaviləsi;
- Peşəkar və dinamik iş mühiti;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Marketinq üzrə baş mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.