Marketinq üzrə baş mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Marketinq üzrə baş mütəxəssis

  • Deadline 26 December 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti

  • İş yeri: Baş ofis
  • Şəhər: Bakı
  • İş rejimi: Tam iş günü
  • İş qrafiki: 5 günlük

Vəzifə öhdəlikləri

  • Şirkətin brendləri üzrə marketinq strategiyasının hazırlanması və həyata keçirilməsini təmin etmək;
  • Bazar araşdırmaları aparmaq, rəqib şirkətlərin fəaliyyətini və bazar tendensiyalarını təhlil etmək;
  • Hədəf auditoriyasını müəyyənləşdirmək, müştəri bazasının genişləndirilməsi və müştəri loyallığının artırılması istiqamətində tədbirlər həyata keçirmək;
  • Marketinq kampaniyaları, reklam aksiyaları və tanıtım tədbirlərini planlaşdırmaq və təşkil etmək;
  • SMM və PR strategiyasını müəyyənləşdirmək, sosial media fəaliyyətini və kontent planlarını idarə etmək;
  • Şirkətin reklam, tanıtım və vizual kommunikasiya materiallarını hazırlamaq, qrafik dizayn işlərini həyata keçirmək;
  • Filialların vizual tərtibatına, vitrinlərin və mağazadaxili reklam materiallarının brend standartlarına uyğunluğuna nəzarət etmək;
  • Mağaza və kafe interyerinin, müştəri təcrübəsini və brend imicini yaxşılaşdırmağa yönəlmiş vizual təkmilləşdirmə təklifləri hazırlamaq;
  • Şirkətin media və ictimaiyyətlə əlaqələrini idarə etmək, KİV-də yayımlanan məlumatları, press-relizləri və sosial media fəaliyyətini izləmək;
  • Marketinq komandasının fəaliyyətini təşkil etmək, tapşırıqları bölüşdürmək və nəticələrə nəzarət etmək;
  • Marketinq fəaliyyətinin effektivliyini təhlil etmək, nəticələr üzrə hesabatlar hazırlamaq və təkmilləşdirmə təklifləri irəli sürmək.

Namizədə tələblər

  • Marketinq, menecment, biznesin idarə edilməsi və ya müvafiq sahə üzrə ali təhsil;
  • Marketinq sahəsində minimum 5 il iş təcrübəsi;
  • Rəqəmsal marketinq, SMM və PR istiqamətləri üzrə bilik və təcrübə;
  • Kreativ kontent və reklam ideyaları hazırlamaq bacarığı;
  • Adobe Photoshop, Adobe Illustrator, Canva və digər qrafik dizayn proqramları ilə işləmək bacarığı;
  • Reklam bannerləri, posterlər, flayerlər, kataloqlar və digər vizual materialları müstəqil hazırlamaq bacarığı;
  • Bazar araşdırması aparmaq, məlumatları təhlil etmək və nəticə çıxarmaq qabiliyyəti;
  • Effektiv kommunikasiya və komanda ilə işləmək bacarığı;
  • Strateji düşünmə, planlaşdırma və vaxtın idarə edilməsi bacarığı;
  • Təşəbbüskarlıq, kreativlik və yüksək məsuliyyətlilik.

İş şəraiti

  • Əmək qanunvericiliyinə uyğun rəsmi əmək müqaviləsi;
  • Peşəkar və dinamik iş mühiti;
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları.

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Marketinq üzrə baş mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. 

  • Daily83
  • Weekly366
  • Monthly1838