Əsas öhdəlikləri:
- Icra etdiyi layihələrin bütün mərhələlərində memarlıq üzrə layihələndirmə prosesinin idarəedilməsini təmin etmək,
- Layihələndirilən obyektə dair tələblərin müəyyən edilməsi
- Yaşayış binalarının eskiz və işçi layihələrinin hazırlanması
- İlkin eskizin/cizginin hazırlanması
- Sahədə nəzarəti həyata keçirərək plana uyöun olaraq işin icra olunmasına nəzarət edir
- Memarlıq və mühəndis cizgilərdən ibarət olan layihə paketinin tərtib olunmasında və hazırlanması
- Layihələrin müvafiq dövlət orqanlarından müdafiə olunması
- Layihələndirilən obyektlərin tikintisinə müəllif nəzarətinin təmin edilməsi
- Layihənin təhvil-təslim prosesinə nəzarət etmək;
- Layihələrin ilkin mərhələlərində detallı axtarış etmək, sahə analizləri aparmaq, ilkin dizayn yanaşmasını təmin etmək,
- İstehsalatın müvafiq sınaq və yoxlamalarında, tikintinin təhvil-təslim prosesində iştirak etmək,
- Yerində ölçü alımlarına və metraj hazırlanması
- Nivelir və teodolit ölçmə aparatı ilə işləmək
- Layihələrin və baş planların lazımi düzəlişlərinin Azərbaycan Respublikası qanunvericiliyinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcə də əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun işləyib hazırlamaq.
Tələblər:
- İnşaat,mülki-tikinti və ya müvafiq sahə üzrə ali təhsil;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
- Müasir tikinti norma və qaydalarını bilmək
- Archicad, Autocad proqramları üzrə qabaqcıl istifadə biliyi;
- Analitik düşünmə qabiliyyəti;
- İşi planlamaq bacarığı;
- Gündəlik iş prosesində bilikləri müstəqil tətbiq etmək bacarığı.
- Komanda ruhu, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf.
Yuxarıda qeyd olunan meyarlara cavab verən namizədlər öz CV-lərini e-mail-in mövzu hissəsində “Memar” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməlidirlər. Mövzu hissəsi qeyd olunmayan müraciətlərə baxılmayacaq.