Əsas öhdəlikləri:
- Icra etdiyi layihələrin bütün mərhələlərində memarlıq üzrə layihələndirmə prosesinin idarəedilməsini təmin etmək,
- Layihələndirilən obyektə dair tələblərin müəyyən edilməsi
- Yaşayış binalarının eskiz və işçi layihələrinin hazırlanması
- İlkin eskizin/cizginin hazırlanması
- Sahədə nəzarəti həyata keçirərək plana uyöun olaraq işin icra olunmasına nəzarət edir
- Memarlıq və mühəndis cizgilərdən ibarət olan layihə paketinin tərtib olunmasında və hazırlanması
- Layihələrin müvafiq dövlət orqanlarından müdafiə olunması
- Layihələndirilən obyektlərin tikintisinə müəllif nəzarətinin təmin edilməsi
- Layihənin təhvil-təslim prosesinə nəzarət etmək;
- Layihələrin ilkin mərhələlərində detallı axtarış etmək, sahə analizləri aparmaq, ilkin dizayn yanaşmasını təmin etmək,
- İstehsalatın müvafiq sınaq və yoxlamalarında, tikintinin təhvil-təslim prosesində iştirak etmək,
- Yerində ölçü alımlarına və metraj hazırlanması
- Layihələrin və baş planların lazımi düzəlişlərinin Azərbaycan Respublikası qanunvericiliyinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcə də əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun işləyib hazırlamaq.
- Tikinti norma və standartlarına uyğun layihələr hazırlamaq.
- Layihənin büdcəsini və vaxt qrafikini nəzərə alaraq həllər təqdim etmək.
- Müştəriyə layihə təqdimatları etmək və lazım olduqda dəyişikliklər həyata keçirmək.
- Əməyin mühafizəsi, təhlükəsizlik və keyfiyyət tələblərinə riayət etmək.
Tələblər:
- Memarlıq, interyer dizaynı və ya əlaqəli ixtisas üzrə ali təhsil;
- Müvafiq sahə üzrə iş təcrübəsi
- AutoCAD, Revit, SketchUp, 3ds Max, ArchiCAD və ya oxşar proqramlarda işləmək bacarığı.
- DWG formatlı çertyojları açmaq, redaktə etmək və saxlamaq.
- Adobe Photoshop, Lumion, V-Ray və ya digər vizuallaşdırma proqramlarını bilmək üstünlükdür.
- Gündəlik iş prosesində bilikləri müstəqil tətbiq etmək bacarığı.
- Komanda ruhu, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf.
- Azərbaycan dilini sərbəst bilmək, rus və ya ingilis dilini bilmək üstünlükdür.
- MS Office proqramlarında işləmək bacarığı.
Yuxarıda qeyd olunan meyarlara cavab verən namizədlər öz CV-lərini e-mail-in mövzu hissəsində “Memar - Dizayner” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməlidirlər. Mövzu hissəsi qeyd olunmayan müraciətlərə baxılmayacaq.