Merçendayzer

  • Deadline 26 Sentyabr 2026

Hazırda biz brendin mağazasına tam məsuliyyət daşıyacaq Merçendayzer axtarırıq.

Vəzifə öhdəlikləri

  • Aylıq merçendayzinq planlarının hazırlanması və mağazalarda vaxtında, standartlara uyğun tətbiqinə nəzarət etmək;
  • Mağaza vitrinlərinin aylıq merçendayzinq standartlarına uyğun yenilənməsini təmin etmək;
  • Məhsulların rəflərdə düzgün yerləşdirilməsinə və merçendayzinq standartlarına uyğunluğuna daim nəzarət etmək;
  • İstifadə müddəti yaxınlaşan və satışı zəif olan məhsulların satışını artırmaq üçün kreativ merçendayzinq həlləri hazırlamaq və icrasını izləmək;
  • Mağazalarda məhsul çeşidini, depo ehtiyatını və məhsulların mövcudluğunu mütəmadi yoxlamaq;
  • Kampaniya və endirimlər üzrə vizual kommunikasiya materiallarının hazırlanmasını və mağazalarda tətbiqini təmin etmək;
  • Çap materialları, aksesuarlar, mebel və digər brend elementlərinin düzgün saxlanılmasına və istifadəyə yararlı vəziyyətdə olmasına nəzarət etmək;
  • Mağazalarda satış üçün nəzərdə tutulan hədiyyə və məhsul dəstlərinin hazırlanmasını təşkil etmək, dizayn və təqdimatlarını hazırlamaq;
  • Yeni mağazaların açılışı və mövcud mağazaların bağlanışı zamanı brend materialları, loqo, aksesuar və digər ləvazimatlarla bağlı prosesləri koordinasiya etmək;
  • Zədələnmiş və ya yararsız vəziyyətə düşmüş mebel, aksesuar və çap materialları ilə bağlı araşdırma aparmaq və rəhbərliyə məlumat vermək;
  • Mağazalar üçün tələb olunan yeni mebel, aksesuar və digər materialların siyahısını hazırlamaq və sifariş prosesini koordinasiya etmək;
  • Merçendayzinq ilə bağlı yaranan problemləri vaxtında müəyyən etmək, aidiyyəti şəxslərlə koordinasiya etmək və həllini nəzarətdə saxlamaq;
  • Görülən işlər üzrə mütəmadi foto, yazılı hesabat və təqdimatlar hazırlamaq;
  • Aylıq iş qrafikini HR Departamentinə təqdim etmək;
  • Brendin məhsul çeşidi, yeni məhsullar və merçendayzinq standartları barədə daim məlumatlı olmaq və keçirilən təlimlərdə iştirak etmək.

Namizəd üçün tələblər

  • Xanım namizədlər;
  • Merçendayzer vəzifədə pərakəndə satış sahəsində minimum 3-5 il təcrübə (retail sahəsində çalışması üstünlükdür);
  • Analitik düşüncə və rəqəmlərlə işləmə bacarığı;
  • Stok, qiymət və satış idarəçiliyində praktiki təcrübə;
  • Azərbaycan və rus dillərində sərbəst ünsiyyət.

İş şəraiti

  • İş qrafiki: 6/1, Növbəli iş qrafiki 
  • Əmək haqqı: 800-900 Azn + KPİ

Maraqlanan namizədlərdən mövzu sətrində “Merçendayzer” qeyd etməklə CV Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərmələri tələb olunur.

  • Daily76
  • Weekly359
  • Monthly2116